250 milyard dollar sərmayə,
45 milyard dollar valyuta ehtiyatı
İlham Əliyevin
yeni inkişaf strategiyası ilə Azərbaycan regionun investisiya mərkəzinə
çevrilməkdədir
"Dünyada
neftin qiymətinin artıb-azalmasından asılı
olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı
tərəqqisi üçün
qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin
yaradılması məqsədilə
infrastruktur layihələrinin
inkişafı üçün
çox iş
görülür. Biznesin həvəsləndirilməsi,
sahibkarlara köməklə
bağlı xeyli layihələr var. Bütövlükdə
investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır. Dünya Bankının
son məlumatlarına, "Doing business” hesabatına görə, Azərbaycan 25-ci yerdədir.
Biz bir il
ərzində 32 pillə
irəliləmişik və
bu gün biznes sahəsində dünyanın aparıcı
ölkələri sırasındayıq”.
Bu fikirləri Prezident İlham Əliyev dekabrın 4-də
XXIV Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar Sərgisi -
"Bakutel-2018” ilə tanış
olarkən Rusiyanın
"Rossiya-24” televiziya kanalına
verdiyi müsahibədə
söyləyib.
Regionda ən güclü iqtisadi potensiala malik olan ölkə
Son illərdə
ölkəmizdə biznes
və investisiya mühitinin daha da yaxşılaşdırılması
istiqamətində ciddi
addımlar atılır. Dünya artıq
müstəqil Azərbaycanı
ciddi beynəlxalq layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa
və qlobal enerji təhlükəsizliyinə
əhəmiyyətli töhfələr
verən qüdrətli
dövlət olaraq qəbul edir.
Cənab İlham
Əliyevin söylədiyi
kimi, son 15 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçən Azərbaycanın valyuta ehtiyatlarının 28 dəfə
çoxalaraq 45 milyard
dollara yüksəlməsi,
iqtisadiyyata 250 milyard
dollar investisiyanın yatırılması
bunu təsdiq edən ən vacib faktlardır. İnkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilərin əhəmiyyətli
dərəcədə yaxşılaşması
Azərbaycanın regionda
ən güclü iqtisadi potensiala malik olan ölkəyə
çevrildiyini sübut
edir.
Azərbaycana sərmayə
qoyan dövlətlərin
sayı artır
Son illərdə
dünya iqtisadiyyatında
baş verən mənfi tendensiyalar demək olar ki, əksər ölkələrdə sərmayə
qoyuluşunu azaldıb. Ancaq Azərbaycandakı
mövcud investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi
ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir.
Dövlət başçısının tapşırıqlarına
əsasən investisiya
mühitinin daha da yaxşılaşdırılması
istiqamətində həyata
keçirilən işlərin
nəticəsidir ki, Azərbaycana sərmayə
qoyan şirkətlərin
sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki,
investorlar ancaq sabit olan ölkələrə
sərmayə qoymaqda maraqlıdırlar.
Azərbaycana ən çox investisiya qoyan xarici şirkətlərin
əksəriyyəti dünyanın
20 ən böyük ölkəsindən gəlir. Onların
arasında İtaliya,
Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələr
var. Türkiyə şirkətləri
Azərbaycan bazarında
daha fəaldırlar.
Xarici investorların
hüquqlarının müdafiəsinə
təminat verilir
Ölkə iqtisadiyyatına investisiyaların
cəlb olunması məqsədilə hökumət
tərəfindən "açıq
qapı” siyasəti həyata keçirilir. Hazırda hökumət
ölkədə iqtisadi
islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması,
qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.
Azərbaycan 51 ölkə ilə ikiqat vergitutma sahəsində sazişlər,
47 ölkə ilə ikitərəfli investisiya müqavilələri imzalayıb. Müxtəlif
ölkələrlə ikitərəfli
və çoxtərəfli
"Vergi qanunvericiliyinə
əməl olunması
üzrə əməkdaşlıq
və qarşılıqlı
yardım haqqında”,
"Vergi cinayətlərinə
qarşı mübarizədə
əməkdaşlıq haqqında”
və "Əməkdaşlıq
haqqında” sazişlər
bağlanıb.
Azərbaycan ərazisində xarici investisiya qoyuluşunun qorunması məqsədilə
"Xarici investisiyanın
qorunması haqqında”
qanunu qəbul olunub. Qanun ölkə iqtisadiyyatında
xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl
xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin
cəlb olunmasına, bunlardan səmərəli
istifadə edilməsinə
yönəlib və xarici investorların hüquqlarının müdafiəsinə
təminat verir.
Əsas kapitala investisiya qoyuluşu - 17,9 milyard manat
Dövlət başçısının dediyi
kimi, Azərbaycan biznes sahəsində dünyanın aparıcı
ölkələri sırasındadır
və Dünya Bankının "Doing Business” hesabatında ölkəmizin
dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşması bunu təsdiq edən real faktdır. Əlbəttə ki, belə bir böyük irəliləyiş uğurlu
islahatların məntiqi
nəticəsidir.
Qeyd edək ki, ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar həcmində
investisiya yatırılıb
və bu da ölkəmizin həm yerli, həm də xarici investorlar üçün cəlbedici
məkan olduğunun göstəricisidir.
İqtisadiyyat Nazirliyi
tərəfindən 2019-cu il və növbəti 3 il üzrə ortamüddətli
dövr üçün
ölkəmizin sosial-iqtisadi
göstəriciləri hazırlanıb.
Əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat,
daxili sərmayələrin
tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Gələn il üçün dövlət investisiyaları
Onu da vurğulayaq ki, ölkəmizdə 2019-cu il üçün dövlət investisiya proqramının əsas istiqamətləri və layihələrə ayrılması
nəzərdə tutulan
vəsaitlər də
məlumdur. Bu, Azərbaycanın
2019-cu il üçün büdcə
zərfində öz əksini tapıb.
Büdcə zərfində
2019-cu il üçün dövlət
investisiya proqramı 6
milyard 825 milyon 300 min manat həcmində qiymətləndirilir. Bu vəsaitin
5 milyard 129 milyon 600
min manatı əsaslı
vəsait qoyuluşu hesabına, qalanı isə xarici kreditlər hesabına cəlb ediləcək. Dövlət investisiya proqramına əsasən gələn il infrastruktur layihələrinə
4 milyard 960 milyon 674,6 min manat yönəldiləcək.
Dövlət büdcəsində investisiyaların
həcmi ilə bağlı nəzərdə
tutulan artım və builki göstəricilər onu deməyə əsas verir ki, 2019-cu ildə də dayanıqlı və tarazlı inkişafın təmin olunmasında iqtisadiyyata investisiyaların
cəlb edilməsi xüsusi rol oynayacaq.
İri sərmayəçi
kimi mövqeyini möhkəmləndirən Azərbaycan
Azərbaycan hazırda regional lider, bir sıra qlobal
məsələlərdə mühüm geosiyasi aktor, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkədir. Azərbaycan
Şərq-Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizləri,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən
biri olan dörd layihədən ibarət ("Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və
TAP) "Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin
əsas təşəbbüskarlarından
biridir.
Azərbaycanın təşəbbüskarı
olduğu və davam edən regional bağlılıq layihələri,
o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən
Xəzər dənizi
sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb
və Şimal-Cənub
istiqamətləri üzrə
çoxtərəfli imkanlara
malik transregional infrastrukturun inkişafında
keyfiyyətcə yeni nailiyyətləri nümayiş
etdirir.
Cənab İlham
Əliyevin söylədiyi
kimi, bütün bu layihələr bir daha sübut
edir ki, Azərbaycan son 15 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan
həm də regionda xarici ölkələrin iqtisadiyyatına
yatırılan investisiyaların
həcminə görə
bu gün MDB-də aparıcı dövlətlərdən birinə
çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin
hesabatlarında respublikamız
bölgədə investisiyaların
coğrafi mərkəzinə
çevrilən ölkə
kimi səciyyələndirilir.
Azərbaycan Cənubi Qafqazın iqtisadi mərkəzidir. Cənubi Qafqazda
ÜDM istehsalının 70 faizdən çoxu Azərbaycanın payına
düşür. Azərbaycanı xarici investisiyalar üçün cəlbedici
edən xüsusiyyətlər
ölkənin tranzit potensialı, reallaşdırılan
regional layihələr, əlverişli
biznes mühiti və sairdir.
İlham Əliyevin
yeni inkişaf strategiyasına uyğun olaraq iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli yüksəlişi
istiqamətində həyata
keçirilən çoxşaxəli
islahatlar, qeyri-neft ixracının artırılması
üzrə kompleks tədbirlər sayəsində
əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan
iqtisadiyyatı 2019-cu ildə
də öz inkişaf dinamikasını
qoruyub saxlayacaq və iqtisadi artımın müsbət
meyilləri davam edəcək.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2018.-7 dekabr.- S.1; 4.