Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
Dekabrın 6-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə
MDB dövlət başçılarının qeyri-rəsmi
zirvə görüşündə iştirak etmək
üçün Rusiyaya işgüzar səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşıladılar.
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəldi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər.
Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi.
Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı oldu.
Dövlət
başçıları Sankt-Peterburq
Dövlət Akademik Mariinski
Teatrında Pyotr Çaykovskinin
"Şelkunçik” baletinə
baxdılar.
Azərbaycan.-
2018.-7 dekabr.- S.1.