“Caspian European
Club” Dövlət Gömrük
Komitəsi ilə biznes-forum keçirib
"Caspian European Club” Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi (DGK) ilə
biznes-forum keçirib.
AZƏRTAC xəbər
verir ki, "Caspian
European Club” tərəfindən Dövlət Gömrük
Komitəsinin sədri,
gömrük xidməti
general-leytenantı Səfər
Mehdiyevin iştirakı
ilə dekabrın 6-da
təşkil olunmuş
biznes-forumda Azərbaycanda
gömrük qurumları
ilə biznes arasında dialoqun genişləndirilməsi ilə
bağlı məsələlər
müzakirə olunub.
Biznes-forumda çıxış edən
Səfər Mehdiyev tədbir iştirakçılarını
maraqlandıran bütün
suallara cavab verib, DGK-nın fəaliyyəti və yeni planlar üzərində
xüsusilə dayanıb.
DGK rəhbəri
qeyd edib ki, əsası müstəqil Azərbaycanın
qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan və Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən davamlı
iqtisadi inkişaf strategiyasına gömrük
orqanları da öz töhfəsini verməkdədir. Son illərdə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac və tranzit potensialının artırılması,
sahibkarlıq mühitinin
yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin
təmin edilməsi məqsədilə həyata
keçirilən islahatlar
gömrük orqanlarının
fəaliyyətində də
əsaslı dönüş
yaradıb. Ölkəmizin gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın
təmin olunması, korrupsiya hallarının aradan qaldırılması,
infrastrukturun yenidən
qurulması və kadrların potensialının
gücləndirilməsi istiqamətində
görülən işlərə
toxunan komitə sədri artıq gömrük orqanlarının
daha çevik və dinamik bir quruma çevrildiyini
bildirilib. O da qeyd olunub ki,
həyata keçirilən
islahatların nəticəsi
olaraq fiskal sahədə, qaçaqmalçılıq
hallarının qarşısının
alınması, gömrük
nəzarətinin səmərəli
təşkili, şəffaflığın
təmin olunması istiqamətində mühüm
nailiyyətlər əldə
olunub.
Daha sonra Dövlət Gömrük
Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisinin
birinci müavini Anar Süleymanov Dövlət Gömrük
Komitəsi tərəfindən
son aylarda aparılan islahatlar, komitənin ticarətin asanlaşdırılması
ilə bağlı gələcəyə baxışı
mövzusunda təqdimatlar
edib.
O bildirib ki, sahibkarları Gömrük komitəsi tərəfindən göstərilən
xidmətlərin keyfiyyəti
və xərclər daha çox maraqlandırır. DGK tərəfindən islahatlar
həyata keçirilərkən
dəyişən ticarət
mühiti, beynəlxalq
təchizat-ticarət zəncirində
baş verən dəyişikliklər mütləq
şəkildə nəzərə
alınır. Yeni texnologiyaların,
mobil tətbiqlərin,
blokçeyn texnologiyalarının
digər ölkələrdə
tətbiqi DGK-nın qarşısında bu yeniliklərlə uzlaşma
məsələsini gündəmə
qoyur. Elektron ticarətin genişlənməsi,
virtual ticarət iştirakçılarının
sayının artması
təchizat-ticarət zəncirinə
nəzarəti nisbətən
məhdudlaşdırır, yeni dəyər zənciri formalaşır.
Ticarət dövriyyəsinin
artması və bu tip dəyişikliklər
nəzərə alınaraq
komitədə islahat proqramları həyata keçirilir.
A.Süleymanov təqdimat zamanı DGK-da tətbiq olunan elektron xidmətlərin sahibkarlıq
fəaliyyətinə müsbət
təsirlərindən bəhs
edib, yeni istifadəyə verilən
və yaxın gələcəkdə istifadəyə
veriləcək elektron
xidmətlər barədə
sahibkarları məlumatlandırıb.
Biznes-forumda çıxış edən
"Caspian European Club”un sədrinin
birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı klub üzvləri tərəfindən
səsləndirilmiş təklif
və xahişlərə
göstərilən diqqətə
görə Səfər
Mehdiyevə minnətdarlığını
bildirib.
Biznes-forumda Səfər
Mehdiyevə "Caspian European Club”un fəxri üzvlük sertifikatı
təqdim olunub. "Caspian European Club”un yeni və fəaliyyətdə
olan üzv şirkətlərinə də
sertifikatlar verilib.
Tədbirdə "Alliance Assist” şirkətinin direktoru Bəxtiyar Yaraliyev və "Zaman Broker” şirkətinin direktoru Xəyal Məmmədxanlı
təqdimatla çıxış
ediblər.
Biznes-forumda dövlət və özəl şirkət rəhbərləri, bir sıra diplomatik missiyaların, beynəlxalq
təşkilatların nümayəndələri
iştirak edib.
Sıralarında dünyanın
70 ölkəsindən olan
5 mindən artıq şirkət və təşkilatı birləşdirən
"Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən
nəhəng neft-qaz şirkətlərinin dəstəyi
və "Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.
Azərbaycan.- 2018.-7 dekabr.- S.3.