Ceyhun Hacıbəylinin varisləri bu gün Bakının bir
neçə ali məktəbində olub
Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri bu gün bir neçə ali məktəbdə görüş keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Hacıbəylinin gəlini və nəvəsi, eyni zamanda, dahi bəstəkar Üzeyir Hacıbəyli nəslinin davamçıları sayılan Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli bu gün bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasını ziyarət ediblər. Burada qonaqları Akademiyanın binası ilə tanış edən prorektor Nərminə Quliyeva onlara təhsil ocağı haqqında geniş məlumat verib.
Sonra qonaqlar ADA Universitetində
olublar. Universitetin rektoru Hafiz Paşayevlə
keçirilən görüşdə
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da
iştirak edib. Görüşdə Azərbaycan
Xalq Cümhuriyyəti,
onun qurucuları ilə bağlı müzakirələr aparılıb.
Cümhuriyyətin elan edilməsində
böyük xidmətlər
göstərmiş Ceyhun
Hacıbəylinin Azərbaycanın
tarixində oynadığı
misilsiz rolu vurğulanıb.
Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli
görüşlərdən sonra İçərişəhərdə
Azərbaycanın tarixi
və mədəni abidlərini ziyarət edib, daha sonra
Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramına qatılıblar.
Qeyd edək ki, Ceyhun
Hacıbəylinin varisləri
Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin
100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər
çərçivəsində Azərbaycanda səfərdədir.
Azərbaycan.-
2018.- 7 dekabr.- S.3.