1,3 milyard dollarlıqdan çox qeyri-neft məhsulları ixrac edilib

 

Qeyri-neft sektorunda aparılan islahatların uğurlu nəticələri məhsul ixracında da özünü göstərir. Xüsusilə aqrar sektorda istehsalın artması ölkəmizin ixrac potensialını xeyli genişləndirib. Bu, ölkənin ümumi inkişafı ilə yanaşı, həm bölgədəki əhalinin məşğulluğu rifahı baxımından çox əhəmiyyətlidir.

Üstəlik aqrar sektorun ərzaq təhlükəsizliyinin qarantı və buna görə də strateji əhəmiyyət daşıdığını da unutmaq olmaz. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın cari ilin noyabr ayı üzrə dərc edilən məlumatda bildirilir ki, 10 ay ərzində qeyri-neft sektoru üzrə 1 milyard 351 milyon dollarlıq məhsul ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 132 milyon dollarlıq çoxdur. Cari ilin 10 ayı ərzində Rusiyaya 467,1 milyon, Türkiyəyə 293,8 milyon, İsveçrəyə 114,4 milyon, Gürcüstana 106,5 milyon və Qazaxıstana 38,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

 

Aqrar sektora dövlət dəstəyi səmərəsini verir

 

Aqrar sektora dövlət tərəfindən verilən dəstək, aparılan islahatlar nəticəsiz qalmayıb. Bunun sayəsində yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft məhsullarının siyahısında pomidor ixracı 149,9 milyon dollarla ilk yerdə olub. İkinciüçüncü yerlərdə isə müvafiq olaraq qızıl və kütləsi 0,94-dən az olan ilkin formalı polietilen qərarlaşıb. Ümumiyyətlə, bu ilin yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz ixracı 405,5 milyon dollarlıq olmaqla qeyri-neft məhsulları ixracında birinci yeri tutub. Bundan sonrakı yerləri plastmasonlardan hazırlanan məmulatlar, alüminiumondan hazırlanan məmulatlar, elektrik enerjisi, qara metallaronlardan hazırlanan məmulatlar, pambıq lifi, kimya sənayesi məhsulları, pambıq ipliyi bölüşür.

Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında pambıq lifinin ixracı 2,3 dəfə, elektrik enerjisinin ixracı 62, pambıq ipliyinin ixracı 41, plastmasonlardan hazırlanan məmulatların ixracı 28, meyvə-tərəvəzin ixracı 8, alüminiumondan hazırlanan məmulatların, eləcə də qara metallaronlardan hazırlanan məmulatların hər birinin ixracı 5 faiz artıb.

Təkcə bu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 144 milyon dollar təşkil edib. Bu dövrdə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya başçılıq edir. Sonrakı yerlərdə Türkiyə, İsveçrə, Gürcüstan, Ukrayna və digər ölkələr qərarlaşıb.

Payız mövsümü ilə əlaqədar kənd təsərrüfatında məhsul yığımı başa çatır. Buna görə də cari ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Bu dövrdə ixracda xurma üstünlük təşkil etsə də, sonrakı yerləri müvafiq olaraq qabığı təmizlənmiş meşə fındığı ilə alma bölüşür.

"İxrac İcmalı”nın noyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqiverilib. Bildirilir ki, cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya”, "Kapitan Fruits”, "Baku Steel Company”, "Azfruittrade”, "Food Export Şəmkir”, "Qala meyvə-tərəvəz ixracat idxalat”, "Sun Food”, "Azərbaycan Şəkər İstehsalat Birliyi”, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC-lərdir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinqİqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Sonrakı yerlərdə "Det-al Alüminium” MMC, "Azərenerji” ATSC, "AzerGold” QSC, "Azərbaycan Hava Yolları” QSC, "”SOCAR Methanol” MMC, "CTS-Agro” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC gəlir.

 

İslahatların əhatə dairəsi genişdir

 

Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar əhatə dairəsinə görə genişdir. Buraya qeyri-neft sənayesi və kənd təsərrüfatı ilə yanaşı, yüksək texnologiyalar sahəsi də aiddir. "İxrac İcmalı”nda bildirilir ki, cari ilin yanvar-oktyabr aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 22,4 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) göstərilib. "Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. "Azərkosmos” ASC-nin bu ilin 10 ayı ərzində xidmət göstərdiyi əsas ölkələr Fransa, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan və digərləridir.

Azərbaycanda turizm infrastrukturunun yaradılması və ölkəyə gələn turistlər üçün vizanın alınmasının sadələşdirilməsi müsbət nəticələr verir. Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Əvvəllər paytaxta gələn turistlər indi bölgələrə də üz tuturlar. Ölkəmizin füsunkar təbiəti və bölgələrdə yaradılan şərait turistləri özünə cəlb edir. Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 minya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çox olub.

"İxrac İcmalı”nda hesabat dövründə "Azexport.az” portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Bildirilir ki, oktyabr ayı ərzində "Azexport.az” portalına 23 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə cari ilin 10 ayında "Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri 433 milyon dollar təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə portala daxil olan ixrac sifarişləri dəyər baxımından 10 faiz artıb.

İcmalda "Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat var. Qeyd edilib ki, bu ilin noyabr ayında mərkəz tərəfindən fizikihüquqi şəxslərə ixracla bağlı tələb olunan sertifikatlar verilib. Həyata keçirilən ixracın dəyəri 11,8 milyon dollar olub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizinin sənədləşdirilməsi bu mərkəzdə həyata keçirilir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.- 8 dekabr.- S. 1; 3.