Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 4, I kitab,
maddə 250, ¹ 5, maddə
323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3, maddə
123, ¹ 5, maddə 318, ¹ 6, maddə
415, ¹ 10, maddə 761, ¹ 11, maddə
901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr
684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə
68, ¹ 3, maddə 225, ¹ 5, maddə
387, ¹ 6, maddə 478, ¹ 8, maddə
657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə 80, ¹ 6, maddə
560, ¹ 8, maddə 745, ¹ 10, maddə
937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr
1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə
602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə
295, ¹ 6, maddə 404, ¹ 7, maddə
517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr
265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə
750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə
403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə
620, ¹ 11, maddə 1280, ¹ 12, maddələr
1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə 768; 2015, ¹ 3, maddə
254, ¹ 5, maddə 512, ¹ 7, maddə
814, ¹ 10, maddə 1093; 2016, ¹ 1, maddə 26, ¹ 2, I kitab, maddələr 186, 204, ¹ 3, maddə
401, ¹ 4, maddələr 640, 646, ¹ 6, maddə 1005, ¹ 7, maddə
1248, ¹ 12, maddələr 1998, 2018; 2017, ¹ 2,
maddələr 151, 153, ¹ 4, maddə
524, ¹ 5, maddələr 703, 735, ¹ 6, maddə 1035, ¹ 11, maddə
1953, ¹ 12, I kitab, maddələr
2210, 2234, 2239; 2018, ¹ 2, maddə 142, ¹ 4, maddə 650, ¹ 5, maddələr
845, 851) aşağıdakı dəyişikliklər edilsin:
1. 987.1-ci maddənin ikinci
cümləsinə "buraxmış”
sözündən sonra
", tərtib etmiş”
sözləri əlavə
edilsin.
2. 992-ci maddəyə "investisiya
fond payı” sözlərindən
sonra "və daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı” sözləri
əlavə edilsin.
3. 993.1-ci
maddənin birinci cümləsində "Sənədsiz”
sözü "Daşınmaz
əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz” sözləri ilə əvəz edilsin.
4.
993.3-cü maddədə "sənədsiz qiymətli kağızı” sözləri
"daşınmaz əmlak
üzərində ipoteka
hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızları” sözləri
ilə əvəz edilsin.
5. 996.1-ci
maddənin birinci cümləsində "Sənədsiz”
sözü "Daşınmaz
əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz” sözləri ilə əvəz edilsin və ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
"Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının
Qanunu daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızlara
tətbiq edilmir.”.
6. Aşağıdakı məzmunda
996.2-1-ci maddə əlavə
edilsin:
"996.2-1. İpoteka kağızına mülkiyyət
hüququnun yaranması,
ipoteka kağızının
dövlət qeydiyyatı,
ipoteka kağızı
üzrə hüquqların
ötürülməsi (tədavülü)
və ipoteka kağızına xitam verilməsi "İpoteka
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq müəyyən edilir. Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı yalnız elektron sənəd formasında tərtib olunur. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə
hüquqlar bu məcəllənin 1078-20.11-ci maddəsi
ilə müəyyən
edilmiş tələblərin
elektron qaydada təmin edilməsi yolu ilə ötürülür.”.
7. Aşağıdakı məzmunda
1078-2.2-1-ci maddə əlavə
edilsin:
"1078-2.2-1. Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı mülkiyyətçisinə ipoteka
müqaviləsində göstərilən,
daşınmaz əmlakın
ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa
öhdəliklərin mövcudluğunu
və bu öhdəliklər üzrə
icranın tələb
edilməsi hüququnu
və daşınmaz əmlakın ipotekası haqqında müqavilədə
göstərilən ipoteka
hüququnu təsdiq edən sənədsiz adlı qiymətli kağızdır.”.
8.
1078-2.4-cü maddədə "Əmlakın” sözü
"Bu məcəllənin 996.2-1-ci maddəsinin tələbləri
nəzərə alınmaqla,
əmlakın” sözləri
ilə əvəz edilsin.
9.
1078-2.6-cı maddədə "girov kağızında və ya ipoteka
kağızında yazdığı”
sözləri "girov
kağızı və
ya ipoteka kağızı üzrə”
sözləri ilə əvəz edilsin.
10. 1078-2.9-cu maddəyə "ipoteka kağızına” sözlərindən sonra
"(daşınmaz əmlak
üzərində ipoteka
hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri əlavə edilsin.
11.
1078-20.9-cu maddənin birinci
cümləsinə və
1078-21.7-ci maddəyə "ipoteka” sözündən sonra "(daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri və həmin maddələrin sonuna müvafiq olaraq aşağıdakı
məzmunda cümlə
əlavə edilsin:
"Daşınmaz əmlak
üzərində ipoteka
hüququnu təsbit edən ipoteka kağızı üzrə
hüquqların ötürülməsi
bu məcəllənin
996.2-1-ci maddəsinə uyğun
olaraq həyata keçirilir.”.
12.
1078-20.11-ci maddədə "İndossament” sözü
"Bu məcəllənin 996.2-1-ci maddəsinin tələbləri
nəzərə alınmaqla,
indossament” sözləri
ilə əvəz edilsin.
13.
1078-21.4-cü və 1078-22.2-ci maddələrdə "Sənədsiz”
sözü "Bu məcəllənin
996.2-1-ci maddəsinin tələbləri
nəzərə alınmaqla,
digər sənədsiz”
sözləri ilə əvəz edilsin.
14. 1078-23.5-ci maddədə "ipoteka kağızının”
sözlərindən sonra
"(daşınmaz əmlak
üzərində ipoteka
hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri əlavə edilsin.
15.
1078-27.2-ci maddədə "Dövlət” sözü
"Daşınmaz əmlak
üzərində ipoteka
hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər dövlət” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr
2018-ci il
Azərbaycan.- 2018.- 8 dekabr.- S. 2.