Səttar
Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının vitse-prezidenti
seçilib
Dekabrın 2-7-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib. Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, qurultayda iştirak edən Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, qurultayın
gedişində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənovun ingilis
dilində çap olunan
"Azərbaycanlılara qarşı etnik
təmizləmə və soyqırımı siyasətinin mərhələləri”
kitabı Azərbaycan nümayəndə heyətinin üzvləri
tərəfindən iştirakçılara paylanıb.
Azərbaycan.- 2018.- 8 dekabr.- S. 4.