Hesablama
Palatasının növbəti kollegiya iclası
Dekabrın 7-də Hesablama Palatasının fəaliyyətə başlamasının 17 ili tamam olur.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında palata sədri Vüqar Gülməmmədov dekabrın 7-də Hesablama Palatasının fəaliyyətə başlamasının 17-ci ilinin tamam olması münasibətilə palata üzvlərini və əməkdaşlarını, qurumun fəaliyyətə başladığı ilk gündən burada işləyən əməkdaşları xüsusi qeyd edərək təbrik edib, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Sentyabrın 5-dən "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının yeni Qanununun qüvvəyə mindiyini qeyd edən sədr Vüqar Gülməmmədov Hesablama Palatasının qanunda müəyyən edilmiş fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri və bunların həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi üzrə qarşıda duran işlər barədə danışıb.
Kollegiya iclasında həyata keçirilmiş
bir sıra nəzarət tədbirləri üzrə hesabatlar
müzakirə olunub. Müzakirə olunan məsələlər
arasında "Dövlət büdcəsinin dövlət əsaslı
vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərdən
istifadəyə dair; Bərdə Regional Mədəniyyət
İdarəsinə ayrılan büdcə vəsaitlərinin və
büdcədənkənar daxilolmaların
proqnozlaşdırılması və icrasına dair;
"Hesablama Palatası tərəfindən kənar dövlət
maliyyə nəzarəti tədbirlərinə hazırlıq,
kənar dövlət maliyyə nəzarəti tədbirlərinin
keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi
Qaydaları” yer alıb.
Azərbaycan.- 2018.- 8 dekabr.- S. 6.