Vaşinqtonda Azərbaycan Parlamentinin
100 illiyi qeyd olunub
Vaşinqtonda məşhur Hərbi Dəniz Qüvvələrinin
Mərkəzində Azərbaycan
Parlamentinin 100-cü ildönümü
ilə əlaqədar
ziyafət təşkil
olunub. Bu münasibətlə
"Əbədi Ezamiyyət”
sənədli filminin təqdimatı da keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın dövlət qurumlarının, Vaşinqtondakı
diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələrinin, ictimai-siyasi
xadimlərin də qatıldığı ziyafətdə,
ümumilikdə, 250 nəfərdən
çox nümayəndə
iştirak edib. Ziyafət Azərbaycanın
ABŞ-dakı səfirliyi
tərəfindən Azərbaycan
Xalq Cümhuriyyətinin
100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində keçirilib.
Tədbirdə çıxış edən
ölkəmizin ABŞ-dakı
səfiri Elin Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində
ilk demokratik respublika olduğunu, həmin respublikanın bir çox sahələrdə,
o cümlədən diplomatiya
sahəsində uğurlar
əldə etdiyini xatırladıb. Bu xüsusda, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
sədri, böyük
ziyalı Əlimərdan
bəy Topçubaşovun
rəhbərlik etdiyi nümayəndə heyətinin
Paris Sülh Konfransında
fəaliyyətindən danışan
səfir çətin
şəraitə rəğmən
Azərbaycanın de-fakto
müstəqilliyinin müttəfiq
dövlətlərin Şurası
tərəfindən tanınmasına
nail olduğunu vurğulayıb.
Paris Sülh Konfransında Azərbaycan nümayəndə
heyətinin uğurları
barədə danışan
səfir həmin heyətin 1919-cu il
mayın 29-da ABŞ Prezidenti
V.Vilsonla görüşdüyünü
və sonradan V.Vilsonun onlar barədə çox yüksək fikirlər söylədiyini xatırladıb.
Ə.Topçubaşov və digər
heyət üzvlərinin
Azərbaycanın müstəqilliyi
naminə həyatlarının
sonunadək çalışdıqlarını
bildirib.
Səfir xatırladıb ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan
sonra Fransaya ilk dəfə rəsmi səfərə gedən ümummilli lider Heydər Əliyev Ə.Topçubaşov və
digərlərinin məzarını
ziyarət edib. Onların məzarlarının
abadlaşdırılmasına xüsusi diqqət ayrılır və dövlətimiz Azərbaycan
uğrunda həyatlarının
sonunadək çalışmış
bu dövlət xadimlərinin xatirəsini
bu gün də uca tutur.
Səfir
vurğulayıb ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycanın müstəqil
dövlətçilik ideallarını
layiqincə yaşatmaqdadır.
E.Süleymanov, həmçinin qeyd
edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra onun ABŞ tərəfindən tanınması
və diplomatik münasibətlər qurması
bu günlərdə vəfat etmiş ABŞ-ın 41-ci Prezidenti Corc Herbert Buşun rəhbərliyi dövründə
baş verib.
Sənədli filmi ərsəyə
gətirən bütün
heyətə təşəkkürünü
bildirən səfir əsərin baş prodüseri Arzu Əliyevaya, filmi hazırlayan Bakı Media Mərkəzinə və göstərdiyi dəstəyə
görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya xüsusi minnətdarlığını ifadə edib.
Sonra Azərbaycan
Milli Məclisinin beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri, Azərbaycan-ABŞ
dostluq qrupunun rəhbəri Səməd
Seyidov çıxış
edib. O, hər bir xalq kimi Azərbaycan
xalqının da arzularının olduğunu
və müstəqil dövlət qurmaqla bu arzuların bir qisminə nail olunduğunu vurğulayıb.
Azərbaycanın müstəqil inkişaf
yolu ilə getdiyini söyləyən
S.Seyidov Azərbaycan-ABŞ
münasibətlərinin vacibliyinə
toxunub, ölkələrimiz
arasında mövcud strateji tərəfdaşlığın
əhəmiyyətini qeyd
edib.
Daha sonra
"Əbədi Ezamiyyət”
filmi nümayiş etdirilib.
Azərbaycan.- 2018.- 9 dekabr.- S. 3.