“Azərmarka” MMC cümhuriyyətin 100 illiyinə həsr olunan marka kitabı nəşr edib

 

"Azərmarka” MMC Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Azərbaycan. 1918-2018” marka kitabı nəşr edib. AZƏRTAC xəbər verir ki, "BakuTel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində "Azərbaycan. 1918-2018” və "Mənim Bakım” kitablarının təqdimatı keçirilib. "Azərbaycan. 1918-2018” marka kitabı bu il ərzində 100 illiyi qeyd edilən əlamətdar hadisələrə həsr edilib.

"Mənim Bakım” kitabına tanınmış fotoqraf Sənan Ələskərovun fotoları toplanıb. Kitaba Azərbaycan paytaxtının fərqli rakurslarda çəkilmiş fotoları ilə yanaşı, 4 ədəd poçt bloku da daxil edilib.

Mövzu zənginliyi və nəfis tərtibatı ilə seçilən kitablar ölkəmizin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

"Azərmarka” MMC-nin "BakuTel-2018”dəki stendində Azərbaycan Demokratik Respublikasının yaranması, Azərbaycan qadınına seçki hüququnun verilməsi, Silahlı Qüvvələrin yaranması, Bakının erməni və bolşevik işğalından azad olunması, Dövlət bayrağı, Xalq Cümhuriyyəti Parlamentinin və Azərbaycan poçtunun yaranması kimi hadisələrə həsr olunmuş poçt markaları nümayiş etdirilib. Stenddə, həmçinin müxtəlif cür filateliyapromo məhsulları təqdim olunub.

 

Azərbaycan.- 2018.- 9 dekabr.- S. 4.