Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının əməkdaşlarına fəxri adların
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Xalq artisti”
Əliyeva Lətifə
Cahandar qızı
Novruzova Nübar
Qulu qızı
"Əməkdar artist”
Abdullayeva Mehriban
Abdulla qızı
Əsədov İlham
Əsəd oğlu
Hüseynov Elnur Bəhrəmxan oğlu
Şərifova Güşvər
Fətulla qızı
"Əməkdar mədəniyyət
işçisi”
Rəhimli Rafiq Səfər oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 11 dekabr.-
S.2.