Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi
heyəti ulu öndər Heydər
Əliyevin xatirəsini yad edib
Dekabrın 11-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil qoydular, xatirəsinə ehtiramlarını bildirdilər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.
Ümummilli
lider Heydər Əliyevin Azərbaycan təhlükəsizlik
orqanlarının inkişafında da mühüm xidmətləri var.
Hələ sovet dövründə bu xidmətdə milliləşmə siyasətinin
aparılmasında dahi şəxsiyyətin
rolu böyükdür.
Ulu
Öndərin əsasını qoyduğu
şanlı məktəbin ənənələrini qürur və şərəflə yaşadan DTX-nin şəxsi
heyəti müstəqilliyimizin və dövlətçiliyimizin
etibarlı qorunması işini əzmlə
davam etdirir və Xidmətin
hər bir əməkdaşı bununla fəxr edir. Bu gün xalqımız qəti əmindir ki, Heydər Əliyev kursunun
layiqli davamçısı Prezident İlham
Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla
addımlayan ölkəmiz yeni-yeni uğurlara imza atacaq və Azərbaycan əsgəri
qarşısına qoyulan istənilən
tapşırığı yüksək səviyyədə
yerinə yetirməyə qadirdir.
Azərbaycan.-
2018.- 12 dekabr.- S.4.