Yeni Azərbaycan Partiyasının nümayəndələri
Fəxri xiyabanda Ümummilli
lider Heydər Əliyevin məzarını
ziyarət ediblər
Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının fəalları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub.
Ulu öndər Heydər Əliyevin zəkası bütün maneələri aşaraq və qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.
Əbədiyaşar liderimiz Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında ölkəmizdə hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının banisidir.
Ümummilli liderin
yaratdığı Yeni Azərbaycan
Partiyası bu gün
sıralarında 700 mindən çox üzvü birləşdirərək ölkənin
avanqard siyasi qüvvəsi
kimi respublikamızda YAP-ın Sədri, Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng
quruculuq proseslərinin önündə gedir.
Azərbaycan.-
2018.- 12 dekabr.- S.4.