Ümummilli lideri Heydər Əliyevin anım günü qeyd olunub
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli
lider Heydər Əliyevin anım günü münasibətilə
tədbir keçirilib.
UNEC-dən
AZƏRTAC-a bildirilib ki,
əvvəlcə tədbir
iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə
gül dəstələri
düzüblər. Sonra Ulu
Öndərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in rektoru,
professor Ədalət Muradov
qeyd edib ki, Ümummilli Lider yalnız dahi siyasətçi yox, həm də
müdrik iqtisadçı
kimi yaddaşlarda qalıb. Rektor bildirib ki, sovet
dövründə milli
iqtisadiyyatın strukturunun
formalaşdırılması, milli gəlirin bölüşdürülməsi zamanı Azərbaycanın
maraqlarının əsas
tutulması, ölkədə
olduqca əhəmiyyətli
sənaye müəssisələrinin
yaradılması və
fəaliyyətinin təmin
edilməsi uğrunda apardığı mübarizə
Heydər Əliyevin Azərbaycanın gələcəyini
düşündüyünü göstərir.
Qeyd olunub ki, dahi
rəhbər Heydər
Əliyev Azərbaycanın
gələcəyi baxımından
xüsusi əhəmiyyət
kəsb edən insan kapitalının formalaşdırılması məsələsinə
böyük diqqət
yetirib. Ümummilli Liderin dəstəyi
ilə həmin dövrlərdə təhsil
almış minlərlə
gənc indi də Azərbaycan naminə çalışır.
Dahi şəxsiyyətin səyləri,
Azərbaycanın gələcəyi
üçün gördüyü
işlər onu deməyə əsas verir ki, o, ölkəmizin
müstəqilliyə qovuşacağına
inanırdı.
Bildirilib ki, ulu öndər
Heydər Əliyev həm də dəyərli bir ailə başçısı
olub. Onun siyasətini davam
etdirən Prezident İlham Əliyevin ölkəmizin daha da inkişafı, rifahı və çiçəklənməsi üçün göstərdiyi
səylər hər kəsi öz işinə daha böyük inamla yanaşmağa ruhlandırır.
Sonra dahi şəxsiyyətə
həsr edilmiş videoçarx nümayiş
olunub.
Tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva
"Heydər Əliyev
və Azərbaycan dövlətçiliyi tarixi
faktlarla” mövzusunda məruzə ilə çıxış edərək
Ulu Öndərin zəngin fəaliyyəti barədə məlumat verib. "SABAH” mərkəzinin
tələbəsi Jalə
Rzayeva qüdrətli Azərbaycan şairi Zəlimxan Yaqubun "Əsrin Heydər tarixi” poemasını səsləndirib.
"Heydər
Əliyev – dünya şöhrətli siyasi lider” mövzusunda məruzə ilə çıxış edən
siyasi elmlər namizədi Leyli Həmidova Ümummilli Liderin təkcə postsovet məkanında deyil, həmçinin bütün dünyada tanınmış şəxsiyyət
olduğunu vurğulayıb.
Azərbaycan.- 2018.- 12 dekabr.- S.4.