İran Azərbaycanın ərazi bütövlüyünü
və ədalətli mövqeyini dəstəkləyir
Dekabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid təşkil etdiyini diqqətə çatdırıb.
Q.Rzayi dövlətlərimiz arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.
Görüşdə Azərbaycan
və İran orduları arasında hərbi
sahədə əməkdaşlığın inkişaf
perspektivləri və qarşılıqlı maraq
doğuran digər məsələlər
barədə ətraflı fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2018.- 12 dekabr.- S.6.