Beynəlxalq münasibətlər gələcək naminə dialoq zərurətə çevrilib

 

Xarici ölkə səfirlərinin iştirakı ilə Bakı Slavyan Universitetində keçirilən "dəyirmi masa”da bu vacib məsələ diqqət mərkəzində saxlanılıb

 

Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə "Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoqmövzusunda "dəyirmi masakeçirilib. Avstriya Respublikasının Azərbaycandakı fəvqəladə səlahiyyətli səfiri Aleksandr Bayerl, Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Nikolay Yankov, Belarus Respublikasının Azərbaycandakı fövqəladə səlahiyyətli səfirinin müşaviri Mixail Aleksandroviç, Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Aleksandr Mişşenko, səfirliyin birinci katibi Georgi Selski, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Viktoroviç Barkov, Polşa Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Artur Taraseviç, Azərbaycanın bir çox rəsmi dövlət strukturlarının rəhbərləri universitetin tələbə-müəllim heyətinin iştirak etdikləri tədbirin moderatoru Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Nikolaos D.Kanellos olub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva "dəyirmi masa”nı açaraq, rəhbəri olduğu elm müəssisəsinin slavyan ölkələri, o cümlədən Yunanıstan Respublikası Türkiyə Cümhuriyyəti ilə sıx əlaqələrindən danışıb. Rektor BSU-nun tarixinə, keçdiyi inkişaf yoluna nəzər salaraq bu ali təhsil ocağının ulu öndər Heydər Əliyevin xeyir-duası təşəbbüsü ilə ərsəyə gəldiyini vurğulayıb. Professor hər bir ölkənin cəmiyyətin tərəqqisinin, inkişafının təhsilin səviyyəsi ilə bağlı olduğunu bildirib. O, bugünkü Azərbaycan gəncliyinin beynəlxalq aləmə inteqrasiya olunmasından, müxtəlif layihələr vasitəsilə onların müasir dünyaya çıxış imkanı əldə etməsindən söz açıb. BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri vasitəsilə tələbələrin slavyan ölkələrinin mədəniyyəti, tarixi, etnoqrafiyası, siyasi-iqtisadi vəziyyəti ilə yaxından tanış olduqlarını qeyd edib.

"Dəyirmi masa”da xüsusi olaraq o da vurğulanıb ki, bu cür elmi xarakterli tədbirlərin əhəmiyyəti çox böyükdür. Çünki respublikamızda keçirilən müxtəlif beynəlxalq tədbirlər Azərbaycanın dünyada güclü mövqeyə malik olmasının göstəricidir. Bu, eyni zamanda dünyaya bütün istiqamətlərdə olduğu kimi, elm təhsil sahəsinin inteqrasiyası sayılır. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşdirilməsi yolunda atılan mühüm addımlar vacib məsələlərdir.

Azərbaycanın dünyada mövqeyinin ildən-ilə möhkəmləndirildiyinə diqqət çəkən professor xatırladıb ki, artıq bəşəriyyəti maraqlandıran geniş spektrli dialoqların, fikir mübadilələrinin, müzakirələrin mərkəzinə çevrilən ölkəmizin paytaxtı yalnız əsrlərin mədəniyyətlərin qovuşuğu deyil, həm bir sıra beynəlxalq humanitar forumların keçirildiyi məkan kimi tanınır: "Ölkəmizin paytaxtı artıq neçə ildir ki, humanitar inteqrativ impulsların yaradılması ilə yanaşı, beynəlxalq səviyyəli çağırışlar da həyata keçirir, sivilizasiyalar arasında körpü rolu oynayır, nəzəri praktiki bilik mübadiləsini həyata keçirmək məqsədilə konstruktiv debatlara evsahibliyi edir. Beynəlxalq təşkilatlara, dünya ölkələrinə ayrı-ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr müraciətlər buradan səsləndirilir dünyaya yayımlanır. İndiyədək keçirilən bir sıra beynəlxalq forumlar digər tədbirlər bəşəriyyət qarşısında təhsilin elmin insan kapitalının inkişafına istiqamətləndirilməsini, innovasiyaların iqtisadiyyatın yeni mənbəyinə çevrilməsini, cəmiyyətdə sabitliyin bərqərar olması üçün multikulturalizm siyasətinin həyat tərzi kimi gerçəkləşdirilməsini, sülh davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini prinsipial məsələ olaraq irəli sürmüşdür.

Rektor Azərbaycanın multikultural ölkə olduğunu, multikulturalizm siyasətinin dövlət tərəfindən hərtərəfli dəstəkləndiyini bu ideyanın bütün ali məktəblərdə gənclərə aşılandığını, ölkə rəhbərinin "Multikulturalizm Azərbaycanda həyat tərzidirtezisinin tədrisin bütün mərhələlərində özünü doğrultduğunu qeyd edib. Bildirilib ki, Azərbaycandakı xarici ölkə səfirlərini maraqlandıran əsas məsələlərdən biri təhsil sahəsinin inkişafıdır.

Professor çıxışında səfirlik rəhbərlərini nümayəndələrini universiteti müvafiq ixtisas üzrə bitirən gənclərimizin işlə təminatında dəstək olmağa çağırıb.

Daha sonra təhsil müasir dünya, beynəlxalq layihələr s. mövzularda müzakirələr aparan diplomatlar bu sahədə əməkdaşlığın vacibliyini bildirib öz töhfələrini verməyə hazır olduqlarını qeyd ediblər.

Tədbirin sonunda Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Nikolaos D.Kanellos beynəlxalq konfransa evsahibliyi etdiyinə yüksək səviyyəli təşkilatçılığa görə BSU rəhbərliyinə minnətdarlığını bildirib. Səfir konfransın gündəmin aktual məsələlərindən birinə həsr olunduğunu diqqətə çatdıraraq "dəyirmi masa”nın Azərbaycanın digər ölkələrlə humanitar sahədə əməkdaşlığına yeni töhfələr verəcəyinə əmin olduğunu ifadə edib.

Sonra diplomatlarla gənclər arasında təhsilin müxtəlif problemləri ilə bağlı diskussiya fikir mübadiləsi aparılıb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 12 dekabr.- S.7.