“Tütün və tütün
məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq, "Tütün
məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Tütün
və tütün məmulatı haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 9, maddə
568; 2002, ¹ 5, maddə 240; 2003, ¹ 1, maddə 6; 2007, ¹ 5, maddə
397, ¹ 10, maddə 938; 2009, ¹ 12, maddə 945; 2016, ¹ 1, maddə
28; 2017, ¹ 1, maddə 2, ¹ 12 (I kitab), maddə 2244) aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.0.4-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
"1.0.4. tütün məmulatı
- tütün yarpağından
və onun komponentlərindən hazırlanmış,
tərkibində nikotin,
aktiv alkoloid, o cümlədən kanserogen
maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və
s.)”.
2. 1.0.5-ci maddədə
"tütün və
tənbəki yarpağında
və tüstüsündə”
sözləri "tütünün
və tənbəkinin
tərkibində” sözləri
ilə əvəz edilsin.
3. 13.2-ci maddədə
"siqaret” sözü
"tütün məmulatı”
sözləri ilə əvəz edilsin.
4. 13.3-cü maddədə
"və tütün
qatranının” sözləri
", tütün qatranının
və karbon monoksidinin” sözləri ilə əvəz edilsin.
5. 14.3.4-cü maddədə
"siqaret” sözü
"tütün” sözü
ilə, "və tütün qatranının”
sözləri isə
", tütün qatranının
və karbon monoksidinin” sözləri ilə əvəz edilsin.
6. 15.3.4 və
15.6-cı maddələrdə "siqaret” sözü "tütün” sözü ilə əvəz edilsin.
7. 15.4-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
"15.4. Tütün
məmulatlarının buraxılmasını
bilavasitə həyata
keçirən şəxs
(satıcı) tütün
məhsulunu istifadə
edən şəxsin
(alıcının) yetkinlik
yaşına çatmasına
şübhə etdikdə
satıcı alıcıdan
onun şəxsiyyətini
təsdiq edən və yaşını müəyyən etməyə
imkan verən sənəd tələb edir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 13 dekabr.-
S. 2.