“Baytarlıq haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 682; 2007, ¹ 12, maddə 1218; 2008, ¹ 2, maddə
49, ¹ 5, maddə 344; 2009, ¹ 12, maddələr 948, 968; 2014, ¹ 10, maddə 1151; 2018, ¹ 4, maddə
640) aşağıdakı məzmunda 39.4-cü maddə
əlavə edilsin:
"39.4. Bu qanunun
tələblərinin pozulmasına
görə Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
əsasən müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi qida təhlükəsizliyi sahəsində
fəaliyyət göstərən
orqan (qurum) tərəfindən tətbiq
edilən cərimələrdən
(o cümlədən onun
tərəfindən inzibati
xəta haqqında protokol tərtib edilərək baxılması
üçün məhkəməyə
göndərilən inzibati
xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan
vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) işçilərinin sosial
müdafiəsini gücləndirmək
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) hesabına köçürülür.
Bu vəsaitlərin bölgüsü
və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 13 dekabr.-
S. 2.