İctimai televiziyaradio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqındaAzərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"İctimai televiziya radio yayımı haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 888; 2006, ¹ 3, maddə 224, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr 435, 442, ¹ 12, maddə 1218; 2009, ¹ 10, maddə 772; 2011, ¹ 2, maddə 70; 2012, ¹ 9, maddə 839; 2015, ¹ 5, maddə 493, ¹ 11, maddə 1281; 2016, ¹ 12, maddə 1988; 2018, ¹ 6, maddə 1170) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.0.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 7.0.10-cu 7.1-ci maddələr əlavə edilsin:

"7.0.10. tütün məmulatlarının tütün istifadəsi prosesinin nümayiş etdirilməməsi, həmçinin tütün məmulatlarının tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanmaması.

7.1. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai yayımçı tütündən istifadənin sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici tərbiyəvi mövzuda verilişlər hazırlayır bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırır. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanır verilişlərin surəti hər ay Milli Televiziya Radio Şurasına təhvil verilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 13 dekabr.- S. 6.