Azərbaycan Respublikasının
1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu
ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət
haqqında Əsasnamə”də, 2001-ci il
12 iyun tarixli 141-IIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi
orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci
il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də
və 2009-cu il 4 dekabr
tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş
“Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
19-cu bəndini rəhbər
tutaraq, "Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının 1999-cu il
7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 1, maddə 12; 2001, № 12, maddələr 731, 736; 2004, № 2, maddə
57; 2005, № 4, maddə 274, № 7, maddə 590; 2006, № 11, maddə
926; 2007, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddə
1078; 2008, № 3, maddə 155, № 8, maddələr 694, 696; 2009, № 6, maddələr
399, 406; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddə
273, № 7, maddə 599; 2011, № 2, maddə 71; 2012, № 11, maddə
1041; 2013, № 2, maddə 93; 2016, № 2, I kitab, maddə 192; 2017, № 7,
maddə 1255) ilə təsdiq edilmiş "Gömrük orqanlarında
xidmət haqqında Əsasnamə”nin 2-ci maddəsinin
ikinci hissəsinə
"müddəaları” sözündən
sonra ", həmçinin
həmin qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilsin.
Maddə 2. Azərbaycan
Respublikasının 2001-ci il
12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, № 7, maddə 443; 2006, № 6, maddə 486, № 11, maddə
927, № 12, maddə 1013; 2007, № 1, maddə 1, № 5, maddə
441, № 8, maddə 756, № 11, maddə
1078; 2008, № 3, maddə 155, № 4, maddə 253; 2009, № 6, maddə
399; 2010, № 3, maddə 171, № 6, maddə 484; 2016, № 2, I kitab,
maddə 194; 2017, № 7, maddə
1259) ilə təsdiq edilmiş "Dövlət
vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı
məzmunda 5-1-ci maddə
əlavə edilsin:
"5-1. Vergi
orqanlarının vəzifəli
şəxslərinin şəxsi
işinin aparılması
qaydası "Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikası
Qanununun 15-1-ci maddəsi
nəzərə alınmaqla,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.”.
Maddə 3. Azərbaycan
Respublikasının 2001-ci il
29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, № 7, maddə 453, № 12, maddə
731; 2004, № 10, maddə 760; 2005, № 4, maddə 280, № 10, maddələr
871, 872; 2006, № 10, maddə 846, № 11, maddə 927; 2007, № 8, maddə
756, № 11, maddələr 1073, 1081; 2008, № 3, maddə 155, № 10, maddə
882; 2009, № 2, maddə 48, № 6, maddə 399; 2010, № 3, maddə
171, № 4, maddə 273, № 12, maddə
1057; 2011, № 1, maddə 13, № 2, maddə 71; 2013, № 5, maddə
462; 2015, № 5, maddə 489, № 10, maddə 1090; 2016, № 2, I kitab,
maddə 187; 2017, № 3, maddə
342, № 7, maddə 1249) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 2-ci maddəsinin
ikinci hissəsinə
"müddəaları” sözündən
sonra ", həmçinin
həmin qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilsin.
Maddə 4. Azərbaycan
Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, № 12, maddə 972; 2010, № 4, maddə 273, № 5, maddə
385; 2011, № 4, maddə 271; 2012, № 5, maddə 412, № 11, maddələr
1042, 1050; 2013, № 3, maddə 228, № 12, maddə 1468; 2016, № 6, maddə
985; 2017, № 7, maddə 1256, № 8, maddə 1508, № 12, I kitab, maddə 2206; 2018, № 3, maddə
391) ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 4-cü maddəsinə
"qulluğa qəbul”
sözlərindən sonra
"və qulluq keçmə” sözləri
və "müddəaları”
sözündən sonra
", həmçinin həmin
qanunun 15-1-ci maddəsi”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 oktyabr
2018-ci il
Azərbaycan.- 2018.- 13 dekabr.-
S. 6.