“Baytarlıq haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 27 noyabr tarixli 1346-VQD nömrəli Qanununun
tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Baytarlıq
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 27 noyabr tarixli 1346-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Baytarlıq
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. "Baytarlıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
39.4-cü maddəsinə uyğun
olaraq, müvafiq pozuntulara görə Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi tərəfindən
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
tətbiq edilən cərimələrdən (o cümlədən
onun tərəfindən
inzibati xəta haqqında protokol tərtib edilərək baxılmaq üçün
məhkəməyə göndərilən
inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən)
toplanan və həmin orqanın hesabına köçürülən
vəsaitdən istifadə
qaydasını, Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
bir ay müddətində
müəyyən etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının
"Baytarlıq haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Baytarlıq haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Baytarlıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 11, maddə
1011; 2008, ¹ 8, maddə 718; 2009, ¹ 8, maddə 630; 2010, ¹ 3, maddə
186; 2015, ¹ 7, maddə 841; 2018, ¹ 4, maddə 672) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə
"və 33.9-cu maddələrində”
sözləri ", 33.9-cu maddələrində,
39.4-cü maddəsinin birinci
(hər üç halda) və ikinci cümlələrində”
sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı
məzmunda 2.7-1-ci - 2.7-4-cü bəndlər əlavə
edilsin:
"2.7-1. həmin
qanunun 39.4-cü maddəsində
"qida təhlükəsizliyi
sahəsində fəaliyyət
göstərən orqan”
dedikdə Azərbaycan
Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur;
2.7-2. həmin qanunun 39.4-cü maddəsinin
ikinci cümləsində
"orqan” dedikdə vəsaitlərin bölgüsü
hissəsində Azərbaycan
Respublikasının Prezidenti,
vəsaitlərdən istifadə
qaydası hissəsində
isə Azərbaycan Respublikasının Prezidenti
(Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında,
Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsində və
Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət
qulluqçularına münasibətdə)
və Azərbaycan Respublikasının Nazirlər
Kabineti (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin
işçilərinə münasibətdə)
nəzərdə tutulur;
2.7-3. həmin qanunun 39.4-cü maddəsinin
birinci cümləsində
"orqanın işçiləri”
dedikdə Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasında, Azərbaycan
Respublikası Prezidentinin
İşlər İdarəsində
və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən
dövlət qulluqçuları,
həmçinin Azərbaycan
Respublikasının Qida
Təhlükəsizliyi Agentliyinin
işçiləri nəzərdə
tutulurlar;
2.7-4. həmin
qanunun 39.4-cü maddəsinin
birinci cümləsində
(üçüncü halda)
"orqan” dedikdə Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 13 dekabr.-
S.2.