“Televiziya və
radio yayımı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 2 noyabr tarixli 1328-VQD nömrəli Qanununun
tətbiqi və “Televiziya və radio yayımı haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il
5 oktyabr tarixli 794
nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 2 noyabr tarixli 1328-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Televiziya
və radio yayımı
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 5 oktyabr tarixli 794 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 10, maddə
590; 2005, ¹ 2, maddə 69; 2006, ¹ 11, maddə 947; 2008, ¹ 9, maddə
798; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027; 2015, ¹ 9, maddə
995; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 8, maddə 1521) 6-cı hissəsinin
səkkizinci abzasının
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda
doqquzuncu abzas əlavə edilsin:
"həmin
qanunun 40.3-cü maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət
Nazirliyi, Gənclər
və İdman Nazirliyi həyata keçirirlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 dekabr 2018-ci il
Azərbaycan. -
2018.- 13 dekabr.- S.6.