T.E.Qarayevin Azərbaycan
Respublikasının İndoneziya
Respublikasında, eyni zamanda
Filippin Respublikasında, Timor-Leste
Demokratik Respublikasında, Sinqapur
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
və Cənub-Şərqi Asiya Dövlətləri
Assosiasiyası (ASEAN) yanında daimi
nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının
İndoneziya Respublikasında,
eyni zamanda Filippin Respublikasında,
Timor-Leste Demokratik Respublikasında,
Sinqapur Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
və Cənub-Şərqi
Asiya Dövlətləri
Assosiasiyası (ASEAN) yanında
daimi nümayəndəsi
vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 14 dekabr.-
S.3.