E.Ə.Ələkbərovaya “Əməkdar həkim”
fəxri adının
verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında
idman səhiyyəsinin
inkişafında xidmətlərinə
görə Ələkbərova
Esmiralda Əhəd qızına "Əməkdar
həkim” fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 dekabr 2018-ci il
Azərbaycan. - 2018.- 14 dekabr.- S.3.