Lotereyalar
haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1299-VQD
nömrəli Qanununun tətbiqi və Lotereyalar haqqında Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1299-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Lotereyalar
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət
Palatası aşağıdakı
normativ xarakterli aktları iki ay müddətində qəbul
etsin:
2.1. "Lotereyalar
haqqında Azərbaycan
Respublikası Qanununun
3.2.4-cü maddəsinə uyğun
olaraq, lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin
həyata keçirilməsi
qaydasını;
2.2. həmin
qanunun 8-2.2-ci maddəsinə
uyğun olaraq, elektron lotereyaların təşkili və keçirilməsi ilə bağlı fərdi məlumatların informasiya
sistemlərində əks
olunmalı məlumatların
siyahısını;
2.3. həmin
qanunun 10.1.7-ci maddəsinin
ikinci cümləsinə
uyğun olaraq, lotereyanın təşkili
və keçirilməsi
ilə bağlı məlumatların maliyyə
bazarlarına nəzarət
orqanına təqdim olunması qaydasını.
3. "Lotereyalar haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin
2004-cü il 26 may tarixli
64 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 5, maddə 337; 2009, ¹ 3, maddə 163; 2016, ¹ 7, maddə
1253) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci maddədə
"maddəsində sözü
"və 8-2.1-ci maddələrində
sözləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.3-cü bənd əlavə
edilsin:
"2.3. həmin qanunun 8-2.1-ci
maddəsində "orqan
(qurum) dedikdə Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur..
4. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Lotereyalar haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 14 dekabr.-
S.4.