“Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 27 noyabr tarixli 1347-VQD nömrəli Qanununun
tətbiqi və “Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Fitosanitar nəzarəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 27 noyabr tarixli 1347-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Fitosanitar
nəzarəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. "Fitosanitar
nəzarəti haqqında”
Azərbaycan Respublikası
Qanununun 34.5-ci maddəsinə
uyğun olaraq, müvafiq pozuntulara görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
tərəfindən Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
əsasən tətbiq
edilən cərimələrdən
(o cümlədən onun
tərəfindən inzibati
xəta haqqında protokol tərtib edilərək baxılmaq üçün məhkəməyə
göndərilən inzibati
xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan
və həmin orqanın hesabına köçürülən vəsaitdən
istifadə qaydasını,
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla bir
ay müddətində müəyyən
etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının
"Fitosanitar nəzarəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Fitosanitar nəzarəti haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
2 avqust tarixli 441 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 8, maddə 667; 2007, ¹ 6, maddə 613; 2010, ¹ 3, maddə
186, ¹ 5, maddə 402; 2014, ¹ 11, maddə 1393; 2015, ¹ 2, maddə
133; 2016, ¹ 6, maddə 1041, ¹ 12, maddə 2094; 2018, ¹ 4, maddə
673) 2-ci hissə aşağıdakı
redaksiyada verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1. "Fitosanitar
nəzarəti haqqında”
Azərbaycan Respublikası
Qanununun 34.5-ci maddəsinin
birinci (hər üç halda) və ikinci cümlələrində müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.2. həmin qanunun 4.0.1-ci, 6.2-ci, 13.1-ci, 16.1-ci (ikinci halda), 16.2-ci,
16.4-cü, 19.2-ci (ikinci halda),
19.3-cü, 20.2-ci, 22.1-ci, 22.2-ci, 24.1-ci, 24.2-ci, 29.6-cı,
31.2-ci, 34.3.2-ci maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini, o cümlədən həmin
qanunun 1.0.12-ci (fitosanitar
sertifikatının nümunəvi
formasının təsdiqi
hissəsində), 7.1.6-cı, 28.1.2-ci,
28.1.3-cü, 28.1.8-ci, 28.1.10-cu maddələrində
nəzərdə tutulmuş
səlahiyyətləri Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.3. həmin
qanunun 23.3-cü, 25.1-ci, 25.2-ci və 33.2-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
həyata keçirir;
2.4. həmin qanunun 7.2-ci, 12.1.1-ci, 12.1.4-cü, 12.1.5-ci,
13.2-ci (hər iki halda), 13.5-ci, 13.6-cı maddələrində,
13.8-ci maddəsinin birinci
cümləsində, 14.3-cü, 15.2-ci,
16.1-ci (birinci halda),
17.1.1-ci, 17.2-ci, 17.3-cü, 18.1-ci, 19.1-ci, 19.2-ci (birinci halda), 20.3-cü,
20.4-cü, 20.6-cı, 21.1-ci, 24.3-cü, 27.1.1-ci, 27.1.2-ci,
27.2.1-ci, 27.2.6-cı, 27.2.7-ci, 27.2.8-ci (hər
iki halda), 28.3-cü,
29.7-ci, 30.5-ci, 32.1-ci, 32.3-cü və
34.2.1-ci maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi
həyata keçirir;
2.5. həmin
qanunun 34.5-ci maddəsində
"qida təhlükəsizliyi
sahəsində fəaliyyət
göstərən orqan”
dedikdə Azərbaycan
Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur;
2.6. həmin qanunun 34.5-ci maddəsinin ikinci cümləsində
"orqan” dedikdə vəsaitlərin bölgüsü
hissəsində Azərbaycan
Respublikasının Prezidenti,
vəsaitlərdən istifadə
qaydası hissəsində
isə Azərbaycan Respublikasının Prezidenti
(Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında,
Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsində və
Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət
qulluqçularına münasibətdə)
və Azərbaycan Respublikasının Nazirlər
Kabineti (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin
işçilərinə münasibətdə)
nəzərdə tutulur;
2.7. həmin qanunun 34.5-ci maddəsinin birinci cümləsində
"orqanın işçiləri”
dedikdə Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasında, Azərbaycan
Respublikası Prezidentinin
İşlər İdarəsində
və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən
dövlət qulluqçuları,
həmçinin Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyinin
işçiləri nəzərdə
tutulurlar;
2.8. həmin
qanunun 34.5-ci maddəsinin
birinci cümləsində
(üçüncü halda)
"orqan” dedikdə Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 dekabr
2018-ci il
Azərbaycan.- 2018.- 14 dekabr.-
S.4.