“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1345-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1345-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikası Qanununun 4.1-2-ci maddəsinə uyğun olaraq, göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumlarından toplanan həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 767; 2006, ¹ 12, maddə 1057; 2008, ¹ 9, maddə 798; 2012, ¹ 6, maddə 547, ¹ 12, maddə 1271; 2013, ¹ 11, maddə 1327, ¹ 12, maddə 1510; 2014, ¹ 4, maddə 360; 2016, ¹ 1, maddə 43, ¹ 5, maddə 883, ¹ 9, maddə 1463, ¹ 11, maddə 1807; 2017, ¹ 3, maddə 370, ¹ 5, maddə 757, ¹ 7, maddə 1377, ¹ 10, maddə 1804, ¹ 12 (I kitab), maddə 2293; 2018, ¹ 7 (I kitab), maddə 1489) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə "4.1-ci,” sözlərindən sonra "4.1-2-ci (hər üç halda), 4.1-3-cü” sözləri əlavə edilsin;

3.2. 2.1-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.1-1. həmin qanunun 4.1-3-cü maddəsində "orqan (qurum)” dedikdə vəsaitlərin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə), Azərbaycan Respublikasının Nazirlər Kabineti (bu qanunun 4.1-ci maddəsində nəzərdə tutulan xidmətləri hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının 4.1-2-ci maddəsində isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçilərinə münasibətdə) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (həmin Dövlət Agentliyinin "ASAN xidmətmərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə münasibətdə) həyata keçirirlər;”;

3.3. aşağıdakı məzmunda 2.1-7-ci - 2.1-9-cu bəndlər əlavə edilsin:

"2.1-7. həmin qanunun 4.1-2-ci maddəsində "qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqandedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

2.1-8. həmin qanunun 4.1-2-ci maddəsində "orqanın işçiləridedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçiləri nəzərdə tutulurlar;

2.1-9. həmin qanunun 4.1-2-ci maddəsində (üçüncü halda) "orqandedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 14 dekabr.- S.4.