Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Lotereyalar haqqında” (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 309; 2009, ¹ 7, maddə 517; 2016, ¹ 3, maddə 422; 2017, ¹ 2, maddə 144; 2018, ¹ 2, maddə 154) Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddə üzrə:

1.1. 2.0.2-ci maddədən "formasısözü çıxarılsın;

1.2. 2.0.11-ci maddəyə "lotereyadasözündən əvvəl "18 yaşına çatmış, könüllü şəkildəsözləri əlavə edilsin;

1.3. 2.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.0.16-cı 2.0.17-ci maddələr əlavə edilsin:

"2.0.16. elektron lotereya - lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereya;

2.0.17. vətəndaş qüsursuzluğu - mülkiyyət əleyhinə iqtisadi fəaliyyət sahəsində ağır xüsusilə ağır cinayətlərə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutmasına ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması.”.

2. 3.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"3.2.4. lotereyaların təşkili keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydasının müəyyən edilməsi;”.

3. 4-cü maddə üzrə:

3.1. 4.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Stimullaşdırıcı lotereyalar yalnız tirajlı formada keçirilir.”;

3.2. 4.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"4.9. Lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 (on beş) günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır həmin tarixdən etibarən 5 (beş) günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi ya bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.”.

4. 5-ci maddə üzrə:

4.1. 5.1-ci maddəyə "yaradılırsözündən sonra "(elektron lotereyalar istisna olmaqla)” sözləri əlavə edilsin;

4.2. 5.4-cü maddədə "3 (üç)” sözləri "1 (bir)” sözləri ilə əvəz edilsin.

5. 6-cı maddə üzrə:

5.1. 6.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Elektron lotereyaların uduş fondu oyunun başlanması anınadək formalaşdırılmalıdır.”;

5.2. 6.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Elektron lotereyaların uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz.”.

6. 7-ci maddə üzrə:

6.1. 7.1-ci maddədən "(stimullaşdırıcı lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla)” sözləri çıxarılsın;

6.2. 7.1.5-ci maddəyə "qiymətisözündən sonra "(stimullaşdırıcı lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla)” sözləri əlavə edilsin;

6.3. 7.1.9-cu maddəyə "məlumatsözündən sonra "(elektron lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla)” sözləri əlavə edilsin;

6.4. 7.6-cı maddənin birinci cümləsində "oynanılmasına ən azı 2 (iki) saat qalmışsözləri "oynanılmasınadəksözü ilə əvəz edilsin ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Uduş fondunun oynanılmasından sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunur.”;

6.5. 7.7-ci maddəyə "təşkilatçısı tərəfindənsözlərindən sonra "(uduşu ödənilmiş elektron biletlər informasiya sisteminin verilənlər bazasında)” sözləri əlavə edilsin.

7. 8-ci maddə üzrə:

7.1. 8.2-ci 8.4-cü maddələrə "aşağıdakı sənədlərisözlərindən sonra "kağız daşıyıcıda ya elektron formadasözləri əlavə edilsin;

7.2. 8.2.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 8.2.6-cı 8.2.7-ci maddələr əlavə edilsin:

"8.2.6. lotereya təşkilatçısının təsisçiləri haqqında məlumat:

8.2.6.1. təsisçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti imzası notariat qaydasında ya "İnzibati icraat haqqındaAzərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilməklə vətəndaş qüsursuzluğuna dair ərizəsi;

8.2.6.2. təsisçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

8.2.7. son maliyyə ili üzrə, bir ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə təsdiq edilmiş maliyyə hesabatları (lotereyanın ilk dəfə qeydiyyata alınması halı istisna olmaqla).”.

7.3. 8.3-cü maddədə "8.2.4-cü 8.2.5-ci” sözləri "8.2.4-8.2.6-cı” sözləri ilə əvəz edilsin həmin maddəyə "maddələrindəsözündən sonra "(8.2.6-cı maddədə göstərilən məlumatlarda dəyişikliklər baş verdiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

7.4. aşağıdakı məzmunda 8.4-1-ci maddə əlavə edilsin:

"8.4-1. Bu qanunun 8.4.4-cü 8.4.5-ci maddələrində göstərilən sənədlərin surətinin (bu sənədlərdə baş vermiş dəyişikliklərin olması halları istisna olmaqla) eyni lotereya təşkilatçısı tərəfindən sonrakı stimullaşdırıcı lotereyaların keçirilməsi məqsədilə edilən müraciətlər zamanı təqdim edilməsi tələb olunmur.”;

7.5. 8.9.3-cü maddəyə "təşkilatçısısözündən sonra "maliyyə bazarlarına nəzarət orqanının onunla bağlı qəbul etdiyi bu qanunla müəyyən olunmuş icrası məcburi göstərişləri icra etmədənsözləri əlavə edilsin həmin maddədən "onun tərəfindən keçirilən lotereyanın dayandırılması zamanısözləri çıxarılsın;

7.6. 8.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

"8.10. Lotereya təşkilatçısının lotereyanın şərtlərində dəyişikliklər edilməsi ya qeydiyyata alınmasından imtina edilməsi barədə qərarından, habelə keçirilməsinin qadağan edilməsindən inzibati məhkəmə qaydasında şikayət etmək hüququ vardır.”.

8. Aşağıdakı məzmunda 8-2-ci maddə əlavə edilsin:

"Maddə 8-2. Elektron lotereyaların təşkili keçirilməsi

8-2.1. Lotereya təşkilatçısı elektron lotereyaların təşkilini keçirilməsini "Fərdi məlumatlar haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsilə həyata keçirir.

8-2.2. Bu qanunun 8-2.1-ci maddəsində nəzərdə tutulan fərdi məlumatların informasiya sistemlərində əks olunmalı məlumatların siyahısı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.”.

9. 10.1.7-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Lotereyanın təşkili keçirilməsi ilə bağlı məlumatların maliyyə bazarlarına nəzarət orqanına təqdim olunması qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 14 dekabr.- S.4.