“Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə
428, ¹ 12, I kitab, maddələr
676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə
684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr
223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə
1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə
602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56,
¹ 3, maddə 160, ¹ 7, maddə
519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə
485, ¹ 10, maddə 840, ¹ 11, maddə
939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr 245, 264, ¹ 11, maddə
985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr
508, 518, ¹ 7, maddə 646, ¹ 10, maddə 947, ¹ 12, maddələr
1216, 1227, 1229; 2013, ¹ 3, maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr
1269, 1279, 1299, 1301, 1308, ¹ 12, maddələr
1485, 1504; 2014, ¹ 1, maddə 6, ¹ 5, maddə 468, ¹ 6, maddələr
603, 605, ¹ 7, maddələr 774, 780, ¹ 11, maddələr 1345, 1370; 2015, ¹ 12, maddə 1432; 2016, ¹ 1, maddələr
15, 36, ¹ 4, maddə 630, ¹ 5, maddə
849, ¹ 6, maddə 1014, ¹ 10, maddə
1605, ¹ 11, maddələr 1753, 1776, 1780,
1790, ¹ 12, maddələr 2006, 2051; 2017, ¹ 3,
maddələr 337, 341, ¹ 5, maddə
742, ¹ 6, maddə 1028, ¹ 7, maddə
1308, ¹ 8, maddə 1506, ¹ 12, I kitab, maddə 2265; 2018, ¹
3, maddə 405, ¹ 4, maddələr
639, 647, ¹ 7, maddələr 1415, 1444, ¹ 8, maddə 1675) aşağıdakı
dəyişikliklər edilsin:
1. 4.1-ci maddədə
"4.1-1-ci maddəsində” sözləri "4.1-1-ci və
4.1-2-ci maddələrində” sözləri ilə əvəz edilsin.
2. 4.1-2-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"4.1-2. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi qida təhlükəsizliyi sahəsində
fəaliyyət göstərən
orqan (qurum) tərəfindən göstərilən
xidmətlərə (hüquqi
hərəkətlərə) görə ödənilən
dövlət rüsumlarının
50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) işçilərinin
sosial müdafiəsini
gücləndirmək və
maddi təminatını
yaxşılaşdırmaq üçün müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür,
qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”.
3. aşağıdakı
məzmunda 4.1-3-cü maddə
əlavə edilsin:
"4.1-3. Bu qanunun
4.1-ci, 4.1-1-ci və 4.1-2-ci maddələrində
nəzərdə tutulan
vəsaitlərin bölgüsü
və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 14 dekabr.- S.4.