Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq, "Tütün
məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 2 (I kitab),
maddə 202, № 3, maddələr
397, 403, 429, № 4, maddələr 631, 647, 654,
№ 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr
1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, №
12, maddələr 1984, 2000, 2009, 2024, 2049;
2017, № 1, maddə 21, № 2, maddələr
139, 147, 152, 162, № 3, maddələr 331, 344,
№ 5, maddələr 698, 701, 734, 749, 754, № 6,
maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214,
2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə
19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə
646, № 5, maddələr 857, 860, 862, 876, 883,
№ 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr
1435, 1437, 1438) aşağıdakı dəyişikliklər edilsin:
1. 41-ci maddəyə
"189.4,” rəqəmlərindən sonra "212.3,” rəqəmləri
əlavə edilsin.
2. 212-ci maddə üzrə:
2.1. 212.1-ci maddədə
"və tütün
məmulatı” sözləri
"məmulatlarının istifadəsinin məhdudlaşdırılması”
sözləri ilə,
"siqaret” sözü
"tütün” sözü
ilə əvəz edilsin;
2.2. 212.2-ci maddədə
hər iki halda "siqaret” sözü "tütün”
sözü ilə,
"yerlərin ayrılmasının”
sözləri "ayrılmış
yerlərin sanitar-gigiyenik
normalara və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
tələblərə cavab
verən şəkildə
təchizinin” sözləri
ilə əvəz edilsin və həmin maddədən
"xəbərdarlıq” sözü
çıxarılsın;
2.3. aşağıdakı
məzmunda 212.3-cü, 212.4-cü və 212.5-ci maddələr
əlavə edilsin:
"212.3. Yetkinlik
yaşına çatmayanlara
tütün məmulatı
almaqla, verməklə,
tütün məmulatından
istifadəni təklif
və ya tələb etmək yolu ilə onların
tütündən istifadə
prosesinə cəlb edilməsi -
yüz manat məbləğində cərimə
edilir.
212.4. Tütün
məmulatları tullantılarının
ətraf mühitə
atılmasına görə
-
əlli manat məbləğində cərimə
edilir.
212.5. "Tütün
məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək
üçün təşkil
edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının
alınmamasına görə
-
vəzifəli şəxslər
beş yüz manat məbləğində,
hüquqi şəxslər
min iki yüz manat məbləğində
cərimə edilir.”.
3. 299-cu maddənin
adında və dispozisiyasında "müəyyən
edilməmiş yerlərdə
siqaret” sözləri
"tütün” sözü
ilə əvəz edilsin.
4. 305 və 318-ci
maddələrin adında
və dispozisiyasında,
306.4-cü maddədə "siqaret” sözü "tütün” sözü ilə əvəz edilsin.
5. 322.0.4-cü maddədə "siqaret” sözü ", sərnişin
daşımaları üzrə
ümumi istifadədə
olan avtomobil nəqliyyatı vasitəsində
və taksi minik avtomobilində tütün” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 14 dekabr.-
S.5.