“Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq
keçmə haqqında”, “Fövqəladə hallar
orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
19-cu bəndini rəhbər
tutaraq, "Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Ədliyyə
orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 7, maddə
586; 2007, ¹ 1, maddə 1, ¹ 8, maddə 756, ¹ 11, maddələr
1078, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 6, maddə 481, ¹ 8, maddələr
694, 710; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddə 878; 2010, ¹ 3, maddə
171, ¹ 4, maddə 273, ¹ 11, maddə
944; 2011, ¹ 2, maddələr 71, 72; 2012, ¹
11, maddə 1040; 2015, ¹ 10, maddə
1089; 2016, ¹ 6, maddə 984; 2017, ¹ 5, maddə 729, ¹ 7, maddə
1252; 2018, ¹ 3, maddə 398) 2.2-ci maddəsinə "qulluğa
qəbul” sözlərindən
sonra "və qulluq keçmə” sözləri və "müddəaları” sözündən
sonra ", həmçinin
həmin qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilsin.
Maddə 2. "Prokurorluq
orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 7, maddə
452, ¹ 12, maddə 731; 2002, ¹ 12, maddə 706; 2005, ¹ 10, maddə
902; 2006, ¹ 11, maddə 927; 2007, ¹ 1, maddələr 1, 4, ¹ 2, maddə
82, ¹ 6, maddə 570, ¹ 8, maddə
756, ¹ 11, maddələr 1078, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 4, maddə
250, ¹ 8, maddə 696; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddələr
877, 878; 2010, ¹ 3, maddə 171, ¹ 11, maddə 944; 2011, ¹ 2, maddə
71, ¹ 11, maddə 988; 2012, ¹ 11, maddə 1039; 2014, ¹ 3, maddə
238; 2016, ¹ 2 (I kitab), maddə
193, ¹ 6, maddələr 982, 1018; 2017, ¹ 12 (I
kitab), maddə 2243;
2018, ¹ 3, maddə 397) 2.2-ci maddəsinə
"müddəaları” sözündən
sonra ", həmçinin
həmin qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilsin.
Maddə 3. "Fövqəladə
hallar orqanlarında xidmətkeçmə haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 8, maddə
714; 2015, ¹ 2, maddə 103, ¹ 10, maddə 1088; 2016, ¹ 2 (I kitab),
maddə 191, ¹ 6, maddə
986; 2017, ¹ 7, maddə 1254; 2018, ¹ 3, maddə 390) 7.1-ci maddəsinə
aşağıdakı məzmunda
birinci cümlə əlavə edilsin:
"Fövqəladə
hallar orqanları əməkdaşının şəxsi
işi "Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikası
Qanununun 15-1-ci maddəsi
nəzərə alınmaqla
tərtib edilir və aparılır.”.
Maddə 4. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1188, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438) aşağıdakı məzmunda 600-1-ci maddə
əlavə edilsin:
"Maddə
600-1. Şəxsi işlərin
aparılması qaydalarının
pozulması
"Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müəyyən edilmiş şəxsi işin aparılması qaydalarının tələblərinin
kadr qurumlarının
vəzifəli şəxsləri
tərəfindən pozulmasına
görə -
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 14 dekabr.- S.5.