“Yeyinti məhsulları haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
24-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Yeyinti məhsulları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 1, maddə
8; 2001, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddə 7; 2004, ¹ 1, maddə
6; 2007, ¹ 6, maddə 560; 2009, ¹ 2, maddələr 49, 55; 2011, ¹ 4, maddə
257; 2013, ¹ 11, maddə 1290; 2014, ¹ 11, maddə 1365; 2015, ¹ 11, maddə
1252; 2017, ¹ 5, maddələr 718, 747; 2018, ¹
4, maddə 642) 8-ci maddəsinə
aşağıdakı məzmunda
beşinci hissə əlavə edilsin:
"Bu qanunun tələblərinin pozulmasına
görə Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
əsasən müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi qida təhlükəsizliyi sahəsində
fəaliyyət göstərən
orqan (qurum) tərəfindən tətbiq
edilən cərimələrdən
(o cümlədən onun
tərəfindən inzibati
xəta haqqında protokol tərtib edilərək baxılması
üçün məhkəməyə
göndərilən inzibati
xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan
vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) işçilərinin sosial
müdafiəsini gücləndirmək
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) hesabına köçürülür.
Bu vəsaitlərin bölgüsü
və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 noyabr 2018-ci il
Azərbaycan. -2018.- 14 dekabr.- S.5.