İlham Əliyev Ermənistanın təcridi siyasətini sürətləndirir

 

İşğalçı ölkə yeni problemlər bataqlığına yuvarlanır

 

Bu birmənalı həqiqətdir ki, Ermənistanın dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən keçir. Əks təqdirdə Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq. Yerevan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağdan silahlı qüvvələrini çəkib işğala son qoymasa, hakimiyyətdə kimin təmsilçiliyindən asılı olmayaraq, ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil.

Ermənistanda Nikol Paşinyanın "Mənim addımım” blokunun tam qələbəsi ilə başa çatan növbədənkənar parlament seçkiləri fonunda da ölkədə yeni parçalanmalar, gərginliklər müşahidə edilməkdədir. İşğalçı ölkədə Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz, əslində, cəmiyyətdə sabiq baş nazirə inamın sürətlə əriyib yox olduğunu xüsusi vurğulamaq lazımdır.

Azərbaycan uzun müddətdir ki, düşmən ölkəyə çox aydın şəkildə Ermənistanın xilasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini açıq şəkildə bildirir. Yeri gəlmişkən qeyd edək ki, Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bu mövzuya toxunan Prezident İlham Əliyev bildirib: "Bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdübizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdibu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq... Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni bütün bubaşqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır. İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb”.

Beləliklə, Azərbaycan seçim üçün Ermənistana şans verir. Ermənistanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib. Odur ki, Ermənistan bu barədə düşünməlidir.

 

Ermənipərəst rus siyasətçilər də Paşinyandan üz döndərirlər

 

Belə görünür ki, qarşıdakı dövr ərzində həm ölkə daxilində, həm də xaricində çox ciddi yeni problemlər yaşanacaq. Yerevanın bu gedişlə xaricdəki müəyyən dəstəklərindən də tam məhrum olması gözlənilir.

Bir vaxtlar Rusiyada Ermənistana lobbiçilik edən qüvvələr indi tamam əks mövqe sərgiləyirlər. Əsas səbəb kimio göstərilir ki, Paşinyan antirusiya siyasəti yürüdür və Qərbdən gələn göstərişlər əsasında hərəkət edir. Rusiya rəhbərliyinin Paşinyanı təbrik etməməsi də erməni mediasında xüsusi gündəmdə saxlanılır. Açıq qeyd olunur ki, Paşinyan Ermənistanın ənənəvi strateji müttəfiqi olan Rusiya ilə münasibətləri korlamaq xəttini seçib.

Eyni zamanda, Ermənistan özünə əsas dayaq hesab etdiyi KTMT-yə üzv dövlətlərlə, xüsusilə də Qazaxıstan və Belarusla münasibətləri kifayət qədər korlayıb. Belə olan halda həm ölkənin daxili, həm də xarici siyasəti çox ciddi problemlərlə rastlaşıb. Bu halda Paşinyanın qarşıda dayanan çox ağır vəzifələrin öhdəsindən gələ biləcəyi sual altındadır.

Məhz belə vəziyyətdə bir vaxtlar Ermənistanı müdafiə edən hətta ən ermənipərəst rus siyasətçilər belə artıq Paşinyandan üz döndərir. Onlardan biriRusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini, MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulindir. Zatulin artıq açıq formada qeyd edir ki, Paşinyan dönəmində Yerevanın əməli və sözü bir-biri ilə ziddiyyət təşkil edir: "Paşinyan hökuməti deyir ki, bu münasibətlər heç zaman indiki kimi yaxşı vəziyyətdə olmayıb. Bundan sonra isə Rusiya dəmiryollarına qarşı araşdırmalara başlanır. Rusiya Federasiyası ilə əməkdaşlığın möhkəmləndirilməsindən danışılır və "Qazproma qarşı cinayət işi açılır”.

Bu fonda KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov barədə danışarkən Zatulin bildirib ki, şübhəsiz, Rusiya inqilabçılar tərəfindən siyasi motivlər əsasında aparılan təqibləri qeyri-kafi olaraq qiymətləndirir.

"Ermənistanın yeni hakimiyyətinin Rusiya ilə müttəfiqliyə son qoyaraq ABŞ-la müttəfiqlik edəcəyinə dair hər hansı bir narahatlıq varmı” sualına Zatulin bu şəkildə cavab verib: "Ermənistanın bütün prezidentləri güc mərkəzləri hesab olunan ölkələrlə, xüsusilə ABŞ və Fransa ilə yaxşı münasibətdə olmağa çalışıb. Ermənistanın iki qonşu ölkə ilə düşmən münasibətdə olmasını nəzərə alaraq biz ondan bunun əksini tələb etməkdə haqlı olmaya bilərik. Lakin KTMT qarşısında üzərinə götürdüyün öhdəliklərin varsa, həm də sənə Rusiya hərbi texnikanı, demək olar ki, pulsuz tədarük edirsə, artıq ABŞ silahını əldə etmək xəyallarını 3 dəfə ölçüb-biçməlisən”.

Zatulin ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Yerevanda erməni hakimiyyət orqanlarına "tarixi prioritetləri dəyişməyə” dair təklifinə diqqət ayırdıqlarını da vurğulayıb: "Ermənistanda rejim dəyişikliyi ilə əlaqədar qeyri-adi bir vəziyyət yaranıb”.

 

"Kütlə qəhrəmanı” hakimiyyəti legitimləşdirməyə çalışır”

 

Baş verənlərlə bağlı rusiyalı politoloq Stanislav Tarasovun da məsələyə yanaşması olduqca maraqlıdır. O, Ermənistanın Rusiyaya qarşı çıxmasının Yerevan üçün müsbət heç nə vəd etmədiyini qeyd edir: "Kütlə qəhrəmanı” respublika rəhbərliyinə gələrək öz mövqeyini və hakimiyyətini legitimləşdirməyə çalışır. Lakin aydın olmalıdır ki, beyinlərində Ermənistan xarici siyasət vektorlarını dəyişməyi düşünsələr də, öz coğrafiyalarından da qurtula bilməyəcəklər”.

Onun sözlərinə görə, Paşinyan Rusiyanı narahat edə biləcək addımlar atır: "Məsələn, KTMT sədri Xaçaturovla bağlı ermənilər böyük bir səhvə yol verdilər. Parlamentə düşməyən, amma Paşinyana yaxın olan "Sasna Tsrerin radikal bəyanatlarına gəldikdə isə, belə bir təəssürat yaranır ki, Paşinyan Ermənistanın siyasi həyatında üstünlük təşkil etməyən, lakin radikal şüarlar səsləndirmək imkanına sahib olan bir rəqib qüvvə yaratmaq istəyir. Bu, bəzən Moskvanı da narahat edəcək qırmızı əsgi parçası kimi bir şey olacaq, hərdən isə Kreml onlara hansısa bir şəkildə reaksiya vermək məcburiyyətində qalacaq. Yəni Paşinyan hakimiyyətin daxili tarazlığını yaradır, çünki "köhnə qvardiya” hələ qalmaqdadır, onların vəzifəli şəxsləri nazirliklərdə və idarələrdə çalışır. Lakin Paşinyanın son məqsədi həm də bizim üçün aşkardır”.

Erməni cəmiyyətində Rusiyaya qarşı əks-hücumların artması ilə bağlı sualları cavablandıran S.Tarasov deyib ki, ermənilər "rus qatarı”ndan tullanmaq istəyirlərsə, qoy tullansınlar: "Lakin Ermənistan bundan qazana biləcəkmi? Digər tərəfdən, ermənilər elə bir coğrafiyada yerləşirlər ki, həm Rusiya, həm də qonşu dövlətlərlə əməkdaşlığı inkişaf etdirməyə məcburdurlar. Onlar bundan qaça bilməzlər”. Erməni mediası bunların fonunda yazır ki, Paşinyan Rusiya ilə münasibətləri korlamaqla Ermənistan üçün yeni problemlər yaradır.

 

"Koçaryanın həbsi şantaj hədə-qorxu vasitəsilə olub

 

Ermənistanın daxilində, qeyd olunduğu kimi, vəziyyət ürəkaçan deyil. Siyasi analitiklər seçkidə qalib gələn Nikol Paşinyanın sabiq prezident Robert Koçaryanı həbs etdirməsinin daxili vəziyyəti gərginləşdirməyə xidmət etdiyini bildirirlər. Artıq Koçaryanın tərəfdarları təşəbbüs qrupu yaradaraq aksiyalara hazırlaşırlar. Ermənistanın digər sabiq prezidenti Serj Sarkisyanın sədri olduğu "Respublika” partiyasının icraçı orqanı apelyasiya məhkəməsinin Robert Koçaryanın həbs edilməsi haqqında qəbul etdiyi qərarla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Gözlənildiyi kimi, apelyasiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryan barədə həbs qətimkan tədbiri seçdi. Bu qərarın qanuna heç bir aidiyyəti yoxdur və qərar siyasi sifarişdir. Görünür, hakimiyyət və Nikol Paşinyan seçkiqabağı dövrdə Koçaryanı həbs etdirməklə siyasi opponentlərinə güc nümayişi göstərmək, ölkədə qorxu atmosferini möhkəmləndirmək məqsədi güdür. Demək ki, bu, Paşinyanın şəxsi qisasıdır. Belədirsə, daha artıq ifadə işlətməyə ehtiyac yoxdur.

Qeyd etmək lazımdır ki, Paşinyan təhdid və başqa üsullarla, bütün mümkün konstitusiya normalarını pozaraq məhkəmələrin fəaliyyətinə müdaxilə edir. Həmçinin aydındır ki, məhkəmə hakimiyyəti özünün bütün instansiyaları ilə icra hakimiyyətinin əlavəsinə çevrilibsiyasi hakimiyyətin sifarişini yerinə yetirir. Ən təhlükəli metod - hədə-qorxu vasitəsilə həbsdir. Çoxsaylı hakimiyyət nümayəndələri dəfələrlə bəyan edib ki, həbs-qətimkan tədbirini müstəsna hallarda tətbiq etmək lazımdır. Koçaryanın həbsi şantaj və hədə-qorxu vasitəsilə olub. Bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri arasında telefon danışıqlarının məzmunu açıq şəkildə sübut edir”.

 

Son 10 ayda ölkədən 1 milyard ABŞ dolları çıxarılıb

 

Paşinyan üçün daha bir problem ölkədən kapital axınının artmasıdır. "Joxovurd” qəzeti mənbələrinin təqdim etdiyi statistikaya əsasən yazır ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistandan xaricə pul axını rekord həddə artıb: "Təkcə bu ilin oktyabr ayında Ermənistandan xaricə axan pulun həcmi 121 milyon 461 min ABŞ dolları təşkil edib. Son 10 ayda isə ümumilikdə 951 milyon 38 min ABŞ dolları Ermənistandan çıxarılıb. Bu, ötən ilin eyni vaxtı ilə müqayisədə 171 milyon 842 min dollar çoxdur. Aydın olur ki, əvvəlki hakimiyyətin nümayəndələri Ermənistandan birdəfəlik qaçmaq üçün varidatlarını ölkədən kənara çıxarırlar”.

Qeyd olunur ki, əvvəlki hökumətdə təmsil olunan oliqarx siyasətçilər biznesmenlər digərlərinin başına gələnlərdən dərs çıxararaq Paşinyanın toruna düşməmək üçün Ermənistanı tərk etmək qərarına gəliblər. Lakin bildirilir ki, 10 ay ərzində Ermənistan kimi kiçik büdcə kəsiri ilə dövlət borcu getdikcə artan bir ölkədən 1 milyarda yaxın ABŞ dollarının xaricə çıxarılması yaxşı heç vəd etmir. Çünki bu, həmin oliqarx siyasətçilərin Ermənistandakı bizneslərinin bağlanması iqtisadiyyata yatırdıqları sərmayənin geri götürülməsi deməkdir ki, nəticədə ölkədə işsizlik yoxsulluğun səviyyəsi daha da artacaq. Belədə zərbə Paşinyana yox, erməni xalqına dəyəcək.

Məhz belə bir vaxtda Ermənistan parlamentinin deputatı, keçmiş təbiət mühafizəsi naziri Aram Arutunyanın da ölkədən qaçdığı üzə çıxıb. "Qraparakyazır ki, 14 milyon ABŞ dolları məbləğində rüşvət almaq ittihamının irəli sürüldüyü Arutunyan parlamentin iclasında toxunulmazlıqdan məhrum ediləcəkdi. Bununla yanaşı, millət vəkili Aram Arutunyanın istintaqdan yayınması ehtimalını nəzərə alan prokurorluq onun barəsində cinayət işi başlamaq həbs qətimkan tədbirinin tətbiqi üçün parlamentə müraciət edib.

Arutunyan kimilərinin ölkədən qaçması pullarını da ölkədən çıxarması Ermənistanın daha böyük problemlərlə üzləşməsinə gətirib çıxaracaq.

 

Elçin CƏFƏROV