UNESCO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub

 

Parisdə UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası davam edir. Sessiyada ölkəmizi mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, eləcə də Mədəniyyət Nazirliyinin və UNESCO yanında daimi nümayəndəliyimizin digər əməkdaşları təmsil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sessiyada UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair hesabat nəzərdən keçirilib. Hesabat bütün göstəricilərə uyğun, eləcə də məlumat baxımdan dolğun və peşəkar hazırlandığını nəzərə alaraq, Hökumətlərarası Komitə tərəfindən təsdiqlənib. Hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapıb.

 

Azərbaycan.- 2018.-15 dekabr.- S.4.