Rusiya Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarındandır

 

Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib

 

"Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir”.

Bu fikirləri iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının dekabrın 14-də Moskvada keçirilən 17-ci iclasında söyləyib. İclasda dövlət komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

İclasdan əvvəl Şahin Mustafayev rusiyalı həmkarı Maksim Oreşkinlə görüşüb. Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Sonra dövlət komissiyasının 17-ci iclası öz işinə başlayıb. Azərbaycan-Rusiya əlaqələrindən söz açan Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin bu ilin sentyabrında Rusiyaya səfəri zamanı 16 sənəd imzalanıb. Rusiya Prezidenti Vladimir Putin isə bu ilin sentyabrında ölkəmizdə səfərdə olub. Bu səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.

Ticarət qarşılıqlı investisiya qoyuluşlarının Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox, Rusiya isə Azərbaycana 4,2 mlrd. dollardan artıq investisiya qoyub. Respublikamız Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardan sayılır. Yessentukidə "İstoçniksanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri istehsalı zavodu, Jeleznovodskda Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi digər layihələr Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdəndir. "SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın "Kamaz "Ural” zavodları ilə əməkdaşlığı, "Azərmaş "QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində iştirak edirlər.

Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxala görə Azərbaycanın əsas tərəfdaşıdır, qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyi məhz bu ölkədə fəaliyyətə başlayıb. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində yaradılan Azərbaycan pavilyonu iqtisadi-ticarət əlaqələrinin inkişafına əhəmiyyətli töhfələrdir. İxracın genişləndirilməsi, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilir, Azərbaycan şirkətləri Rusiyada keçirilmiş önəmli sərgilərdə vahid ölkə stendi ilə təmsil olunur. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması istiqamətində işlər aparılır.

Şahin Mustafayev onu da diqqətə çatdırıb ki, bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Rusiya Rusiya-Azərbaycan işgüzar şuraları adamları arasında əməkdaşlığın inkişafında önəmli rol oynayır.

2019-cu ildə Azərbaycanın Moskvada 2 şərab evinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə isə Rusiyanın Yekaterinburq Sankt-Peterburq şəhərlərində Azərbaycan Şərab evlərinin açılması nəzərdə tutulur.

Nəqliyyat tranzit yükdaşımaları sahəsinin ikitərəfli əməkdaşlığın uğurlu istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafayev "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin reallaşdırılan mühüm layihələrdən olduğunu, nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığını bildirib. O, Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin davam etdiyini diqqətə çatdırıb.

Nazir Şahin Mustafayev energetika, kənd təsərrüfatı, nəqliyyat, kiçik orta sahibkarlıq, turizm, təhsil digər sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığına dair məlumat verib, Rusiya-Azərbaycan-İran enerji sistemlərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edib.

O da diqqətə çatdırılıb ki, bu ilin 9 ayında Azərbaycana gələn Rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb.

İki dövlət arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq uğurla inkişaf edir. Belə ki, Azərbaycanda M.Lomonosov adına Moskva Dövlət Universitetinin İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları, təhsilin rus dilində aparıldığı ya rus bölməsinin olduğu məktəblər ali təhsil müəssisələri fəaliyyət göstərir. Rusiyanın müxtəlif ali məktəblərində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Regionlararası münasibətlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin prioritet sahələrindən olduğunu vurğulayan nazir Şahin Mustafayev Azərbaycanın Rusiyanın 80-ə yaxın federal subyekti ilə ticarət iqtisadi əlaqələrinin olduğunu, onların təqribən 20-si ilə ticarət, iqtisadi, elmi, texniki mədəni əməkdaşlıq haqqında sazişlər imzalandığını bildirib.

Rusiyanın iqtisadi inkişaf naziri, dövlət komissiyasının həmsədri Maksim Oreşkin Azərbaycan Rusiyanın strateji tərəfdaşlar olduğunu, dövlət başçılarının əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Rusiyalı nazir 2018-ci ilin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu olduğunu Rusiya-Azərbaycan əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib. Maksim Oreşkin bir sıra sahələrdə, o cümlədən ticarət investisiya sahəsində iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu qeyd edərək, 2019-cu ildə ölkələrimiz arasında həyata keçirilməsi razılaşdırılmış əməkdaşlıq sahələri üzrə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası çərçivəsində müxtəlif sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığına, ölkələrimiz arasında birgə həyata keçirilən layihələrə, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb, nümayəndə heyətlərində təmsil olunan rəsmi şəxslərin çıxışları dinlənilib.

Sonda dövlət komissiyasının 17-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin imzalayıblar. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin komissiyanın gələcək fəaliyyət istiqamətlərinin əksini tapdığı sənəddə iqtisadi-ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, İKT, turizm, humanitar, səhiyyə s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Dövlət komissiyasının iclası çərçivəsində həmçinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası "İşgüzar Rusiyatəşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 16 dekabr.- S.1; 5.