İranın informasiyamilli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub

 

İran İslam Respublikasının informasiyamilli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi dekabrın 15-də Bibiheybət məscid-ziyarətgah kompleksini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə qonağa kompleks haqqında məlumat verib. Bildirilib ki, VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin 4 nümayəndəsi uyuyur. İmam Museyi Kazımın qızı həzrəti Hökümə xanımın məzarı da bu ziyarətgahdadır. Azərbaycanın say-seçmə övladları ilə yanaşı, maddi-mədəniyyət abidələrimiz, o cümlədən xalqımızın imaninanc yeri olan Bibiheybət ziyarətgahı da sovet dövründə repressiyaya məruz qalıb.

Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli-mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgaha yenidən həyat verilib. Ümummilli Lider 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də, Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak edib.

Heydər Əliyev ideyalarına sadiq qalanonu uğurla davam etdirən Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapıb. Dövlətimizin başçısı 2005-ci ilin oktyabrında və 2007-ci ilin dekabrında buranı ziyarət edərkən fikirlərini bölüşüb, tövsiyələrini verib. Bununla da müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan Bibiheybət məscidinin inşası sürətləndi. Prezident İlham Əliyev tikintinin gedişini daim diqqətdə saxlayıb, qarşıya çıxan problemlər dərhal həll olunub, qısa müddətdə bu müqəddəs ocaq tanınmaz dərəcədə dəyişib, nəfis və möhtəşəm görkəm alıb.

 

Azərbaycan.- 2018.- 15 dekabr.- S.2.