Ziyad Səmədzadə: “Azərbaycan
Dayanıqlı İnkişaf Məqsədlərinə
bir çox ölkələrdən
daha tez nail olacaq”
Gürcüstanın paytaxtı Tbilisidə II Beynəlxalq Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumu (TISIFF-2018) keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu tədbirdə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təmsil edir.
Gürcüstan hökuməti, parlamenti və iqtisadi inkişaf üçün innovativ qrupun qlobal katibliyi ilə birgə təşkil olunan Forumda BMT-nin maliyyələşdirmə ilə məşğul olan milli və regional təşkilatlarının üzvləri, beynəlxalq inkişaf agentliklərinin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.
Tədbirdə innovativ maliyyələşdirmənin təkmilləşdirilməsi, qlobal həmrəylik vergiləri və davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində mərkəzləşdirilməmiş məlumat bazalarının yeniləşdirilməsi məsələləri müzakirə olunub.
Ziyad Səmədzadə Forumda çıxış edərək müzakirə olunan məsələlərə münasibətini bildirib. O, Azərbaycanın BMT-nin təşkilatçılığı ilə həyata keçirilən layihədə iştirakı, dayanaqlı inkişafa nail olmaq üçün ölkəmizdə görülən işlər, Azərbaycan dövlətinin məqsədyönlü iqtisadi siyasətinin uğurlu nəticələri barədə məlumat verib.
Tədbirlə əlaqədar
Ziyad Səmədzadə jurnalistlərə
müsahibəsində deyib ki, qloballaşan dünyada bütün resurslardan səmərəli istifadə hər
bir ölkə üçün
çox vacibdir. Azərbaycanda bu məsələyə
xüsusi diqqət yetirilir.
Ölkəmizdə həyata keçirilən iqtisadi
islahatlar, qeyri-neft sektorunun şaxələndirilməsi, insan kapitalından səmərəli istifadə
ilə bağlı görülən işlər iqtisadi göstəricilərimizi daha da
yaxşılaşdıracaq. Biz,
Dayanıqlı İnkişaf Məqsədlərinə
bir çox ölkələrdən
daha tez nail olacağıq. Artıq bir sıra istiqamətlərdə - yoxsulluğun azaldılması, yeni
iş yerlərinin yaradılması,
dayanıqlı inkişafın sürətinin
artırılması, dövlətlə sahibkarlar
arasında münasibətlərin şəffaflığı
və digər tədbirlər öz
müsbət nəticələrini verir.
Bu işdə biz beynəlxalq
təcrübədən istifadə etməklə
yanaşı, milli maraqlarımızı da nəzərə alırıq.
Azərbaycan.-
2018.- 16 dekabr.- S.5.