Qətər
Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim
bin Həməd Al Taniyə
Əlahəzrət,
Qətər Dövlətinin milli
bayramı münasibətilə Sizə və Sizin simanızda
bütün xalqınıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə
Qətər arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı daim
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə
möhkəm cansağlığı və xoşbəxtlik,
dost Qətər xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 dekabr 2018-ci il.
Azərbaycan.- 2018.- 18 dekabr.- S.2.