“Azərbaycan Respublikasında mənzil fondunun
özəlləşdirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 13-cü bəndlərini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Mənzil Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Azərbaycan
Respublikasında mənzil
fondunun özəlləşdirilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1993, ¹ 2, maddə 40; 1994, ¹ 18, maddə 246; 1995, ¹ 22, maddə
359; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 5, maddə 241; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 6, maddə
478; 2007, ¹ 2, maddə 74; 2015, ¹ 3, maddə 256; 2018, ¹ 4, maddə
648) aşağıdakı dəyişikliklər edilsin:
1. 13-cü maddənin
birinci hissəsi aşağıdakı redaksiyada
verilsin:
"Çoxmənzilli
binanın idarə edilməsi Azərbaycan Respublikasının Mənzil
Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.
2. 14-cü maddənin
ikinci, üçüncü
və dördüncü
hissələri ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 19 dekabr.-
S.3.