“Azərbaycan Respublikasının
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu
ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
27 noyabr tarixli 1344-VQD
nömrəli Qanununun tətbiqi və “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”də dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 27 noyabr tarixli 1344-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”də dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”də
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”nin 167-ci maddəsinin
dördüncü hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir.
4. "Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 30
mart tarixli 692 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 3, maddə
176; 2002, ¹ 8, maddə 478; 2004, ¹ 1, maddə 19; 2005, ¹ 4, maddə
299; 2007, ¹ 11, maddə 1117; 2008, ¹ 8, maddə 719; 2010, ¹ 10, maddə
845; 2015, ¹ 5, maddə 541; 2017, ¹ 3, maddə 366, ¹ 12 (I kitab), maddə 2277) 2-ci hissəsinin
ikinci abzasında
"165-ci maddəsinin axırıncı
hissəsində,” sözlərindən
sonra "167-ci maddəsinin
dördüncü hissəsində,”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2018-ci il
Azərbaycan.- 2018.- 19 dekabr.-
S.3.