Polşanın “Ambasador”
jurnalı: “Azərbaycan
Avropaya doğru”
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi, professor Əli Həsənovun
"On beş illik prezidentlik dövrünün
möhtəşəm zəfər
salnaməsi” sərlövhəli
məqaləsi barədə
Polşanın nüfuzlu
"Ambasador” jurnalının
36-cı sayında polyak
və ingilis dillərində "Azərbaycan
Avropaya doğru” adlı material dərc edilib.
AZƏRTAC-ın xüsusi müxbirinin təqdim etdiyi materialda deyilir: "Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri
həyata keçirilib,
2006-cı ildə Xəzər
və Aralıq dənizlərini birləşdirən
Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri (uzunluğu 1767 kilometr),
2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri (uzunluğu
980 kilometr) istifadəyə
verilib. 2014-cü il sentyabrın 20-də
Avropanın enerji təhlükəsizliyinin, həmçinin
Azərbaycanın perspektiv
inkişafının və
iqtisadi maraqlarının
təmin edilməsində
böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal
layihənin icrası sürətlə davam etdirilib, 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də
isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri
keçirilib. TAP layihəsinin
icrası isə qrafik üzrə davam etdirilir.
1994-cü il sentyabrın 20-də Bakıda
imzalanmış "Xəzər
dənizinin Azərbaycan
sektorunda yerləşən
"Azəri”, "Çıraq”
yataqlarının və
"Günəşli” yatağının
dərinlikdə yerləşən
hissəsinin birgə işlənilməsi və
hasilatın pay bölgüsü
haqqında Saziş”in
("Əsrin müqaviləsi”)
müddəti 2017-ci il
sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Yeni şərtlərə görə,
SOCAR-ın payının
11 faizdən 25 faizə
qaldırılması, mənfəət
neftinin 75 faizinin Azərbaycana verilməsi nəzərdə tutulub. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə
bərabər hissələrlə
3,6 milyard dollar bonus ödəniləcək. Müqavilənin müddətinin uzadılması
Azərbaycanda uzun illər bundan sonra da neftin
hasilat səviyyəsinin
sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
Avropa və Asiyanı birləşdirən
Şərq-Qərb və
Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizlərinin
yaradılması istiqamətində
böyük işlər
görülüb. Təməli 2007-ci ildə
qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın
30-da Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər
yeni magistral avtomobil yolları tikilib.
2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam
Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan
ərazisində "Şimal-Cənub” nəqliyyat dəhlizi
layihəsinin reallaşması üçün
bütün işlər başa
çatdırılıb. Azərbaycan siyasi,
iqtisadi və strateji
baxımdan böyük əhəmiyyətə
malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində
fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən
birinə çevrilib”.
Azərbaycan.- 2018.- 19 dekabr.- S.4.