“EurActiv”
portalı: “NATO və
Rusiya arasında danışıqlar üçün
Bakı ən ideal yerdir”
Avropa İttifaqı
məsələlərini işıqlandıran
nüfuzlu "EurActiv”
xəbər portalı
dekabrın 12-də Bakıda
NATO Müttəfiq Qüvvələrinin
Avropadakı baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi Valeri Gerasimov arasında keçirilmiş
görüş barədə
"NATO və Rusiya arasında danışıqlar
üçün Bakı
ən ideal yerdir” adlı məqalə yayıb.
Məqalədə bildirilir
ki, Azərbaycanın paytaxtı 2018-ci il
ərzində artıq
ikinci dəfədir bu formatda görüşə
evsahibliyi edir. Prezident İlham Əliyev ilə görüşü zamanı
NATO Müttəfiq
Qüvvələrinin Avropadakı
Baş komandanı Körtis Skaparrotti Bakının NATO-Rusiya formatında görüş
keçirilməsi üçün
tam münasib məkan
olduğunu deyib və Azərbaycanın artıq ikinci dəfədir belə bir tədbirə evsahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.
Yazıda Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyevin görüşlə bağlı
fikirlərinə də
yer verilib: "Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik,
enerji və iqtisadi sahələrdə
əməkdaşlığı əhatə edir. Azərbaycan
"Sülh naminə tərəfdaşlıq”
proqramı çərçivəsində NATO-nun
etibarlı və fəal tərəfdaşıdır, əməkdaşlığın
gündəliyi geniş xarakter
daşıyır. Azərbaycan Respublikası,
xüsusilə Bakı şəhəri regionun
"diplomatik paytaxtı” olaraq
humanitar, dayanıqlı inkişaf,
multikulturalizm, mədəniyyətlərarası
və dinlərarası dialoq, enerji və digər məsələlərin
müzakirəsi üçün beynəlxalq
məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin
müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır”.
Azərbaycan.- 2018.- 19 dekabr.- S.5.