Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Aviasiya haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Aviasiya haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.Azərbaycan Respublikasının ərazisinə enəcək Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri ekipajı barədə verilməli olan məlumatların siyahısını, məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2."Aviasiya haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 716; 2009, ¹ 2, maddə 67; 2014, ¹ 9, maddə 1027; 2015, ¹ 2, maddə 129; 2017, ¹ 3, maddə 353, ¹ 6, maddə 1113, ¹ 8, maddə 1521; 2018, ¹ 9, maddə 1840) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bənddə "34.3-cü maddəsindəsözləri "34.3-cü 43-1.4-cü maddələrindəsözləri ilə əvəz edilsin;

2.2. 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.18-ci bənd əlavə edilsin:

"2.18. həmin qanunun 43-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir.”.

3.Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının ərazisinə enəcək Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri ekipajı barədə məlumatların toplanması, saxlanması yenilənməsini təmin edən informasiya sisteminin yaradılmasını həmin məlumatların Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə real vaxt rejimində verilməsini təmin etsin.

4.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Aviasiya haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 20 dekabr.- S.3.