“Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 27
noyabr tarixli 1335-VKQD nömrəliKonstitusiya Qanununun tətbiqi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq "Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 27
noyabr tarixli 1335-VKQD nömrəli Konstitusiya Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman)
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Konstitusiya Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin konstitusiya qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının Konstitusiya
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2018-ci il
Azərbaycan.
- 2018.- 20 dekabr.- S.2.