Qəbələ
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Qəbələ şəhərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması işlərinin başa çatdırılması
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.48.11-ci yarımbəndində
göstərilmiş məbləğin 23,0 (iyirmi üç)
milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə
ayrılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2018-ci il
Azərbaycan.
- 2018.- 20 dekabr.- S.2.