“Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
5-ci bəndini rəhbər
tutaraq, "Vəkillər
və vəkillik fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununu "Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alır:
"Vəkillər
və vəkillik fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 1, maddə
19; 2001, ¹ 12, maddə 736; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə
133, ¹ 8, maddə 599, ¹ 10, maddə
787; 2005, ¹ 8, maddə 686; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 4, maddə
322; 2009, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 5, maddə
375; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 478; 2013, ¹ 11, maddə
1272; 2017, ¹ 11, maddə 1977; 2018, ¹ 2, maddə 148) 20-ci maddəsinin
I hissəsinin ikinci cümləsi üçüncü
cümlə hesab edilsin və aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Ölmüş
zərər çəkmiş
şəxsin hüquqi
varisi qismində tanınmış vəkil
tərəfindən göstərilən
hüquqi yardımın
ödənilməsi də,
məhkəmə tərəfindən
məhkumun üzərinə
qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının
dövlət büdcəsi
vəsaiti hesabına təmin edilir.”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 20 dekabr.- S.3.