“Azərbaycan
Respublikası Hökuməti ilə Çili Respublikası
Hökuməti arasında diplomatik və xidməti/rəsmi
pasport sahiblərinin viza tələbindən azad edilməsi
haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası
Hökuməti ilə Çili Respublikası Hökuməti
arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin
viza tələbindən azad edilməsi haqqında” 2018-ci il
sentyabrın 13-də Santyaqo şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 noyabr 2018-ci il.
Azərbaycan. - 2018.- 20 dekabr.- S.3.