“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında diplomatik, xidməti rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2018-ci il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 20 dekabr.- S.3.