Professor Məzahir Abasovun 100 illik yubileyi qeyd olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda 1941-1945-ci illər müharibəsinin qəhrəmanı, professor Məzahir Abasovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov professor M.Abasovun mənalı ömür yolundan, onun 1941-1945-ci illər müharibəsində faşistlərə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından, eləcə tarix elminə verdiyi töhfələrdən danışıb.

Qeyd olunub ki, M.Abasov 1941-1945-ci illər müharibəsi zamanı Ukraynanın Sevastopol Odessa şəhərlərinin, Qafqazın hava hücumlarından müdafiəsində fəal iştirak edib. Onu ağır yaralı olanda Azərbaycanın görkəmli həkim alimləri Əziz Əliyev Mustafa Topçubaşov müalicə ediblər.

Y.Mahmudov professor M.Abasovun 1941-1945-ci illər müharibəsi tarixinin ilk tədqiqatçılarından biri olduğunu vurğulayıb.

Tədbirdə M.Abasovun həyat fəaliyyətindən bəhs edənİgid şahinsənədli filmi nümayiş olunub.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev M.Abasovun elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, onun vətənpərvər bir alim olduğunu söyləyib.

Milli Məclisin deputatı Eldar Quliyev, professor Musa Bağırov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, yazıçı Georgi Zapletin digər çıxış edənlər M.Abasovun səmərəli fəaliyyətindən söhbət açıblar.

Bildirilib ki, M.Abasov tarixşünaslığımızda ilk dəfə 1941-1945-ci illər müharibəsi zamanı Bakının SSRİ-nin əsas yanacaq mənbəyi olduğunu sübut edib. O, 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində fəal iştirakına görəŞöhrətordeni ilə təltif olunub.

Sonda M.Abasovun oğlu Əlövsət Abasov tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirib.

 

Azərbaycan.- 2018.- 20 dekabr.- S.5.