Azərbaycan
ilə ABŞ arasında gömrük sahəsində
münasibətlər uğurla inkişaf edir
Dekabrın 19-da Dövlət
Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti
general-leytenantı Səfər Mehdiyev ABŞ-ın Ədliyyə
Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə
Administrasiyasının Orta Asiya üzrə regional direktoru
Vilyam Varenin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
DGK-nın mətbuat və ictimaiyyətlə
əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki,
komitə sədri Azərbaycan ilə ABŞ arasında
mövcud olan strateji əməkdaşlıq və dostluq
münasibətlərinin gömrük sahəsində də
uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
S.Mehdiyev Prezident İlham Əliyev tərəfindən
bütün sahələrdə olduğu kimi, gömrük
sistemində də ciddi islahatların həyata
keçirildiyini bildirib. O, bu islahatlar nəticəsində daha
çevik və dinamik gömrük xidmətinin
formalaşdığını diqqətə
çatdırıb. Bildirilib ki, Azərbaycanın tranzit
potensialının artırılması, beynəlxalq ticarətin
sürətli, təhlükəsiz və asan həyata
keçirilməsi məqsədilə qarşıya qoyulan hədəflərin
reallaşdırılması üçün gömrük
sisteminin fəlsəfəsi nəzarətdən xidmətə
doğru dəyişdirilib.
Şəffaflığın təmin
edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi
məqsədilə həyata keçirilən tədbirlərdən
danışan komitə sədri görülən işlərin
nəticəsi kimi, bu ilin müvafiq dövründə narkotiklərin
qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində
də ciddi nailiyyətlərin qazanıldığını
vurğulayıb. Diqqətə çatdırılıb ki, bu
il Azərbaycanın gömrük orqanları 1 ton 200 kiloqrama
yaxın narkotik vasitəni dövriyyədən
çıxarıb. Bu istiqamətdə bundan sonra da qətiyyətli
addımlar atılacaq.
S.Mehdiyev ümidvar olduğunu
bildirib ki, 2019-cu il aprelin 16-18-də Bakıda keçiriləcək
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq
Konfrans bu sahədə beynəlxalq müstəvidə
görülən işlərə mühüm töhfə
verəcək.
V.Varen narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində
Azərbaycanın gömrük orqanları tərəfindən
həyata keçirilən tədbirləri, əldə edilən
nailiyyətləri yüksək qiymətləndirib.
Vurğulanıb ki, Bakıda keçiriləcək Narkotiklərlə
Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə
beynəlxalq əməkdaşlığın güclənməsinə,
mübarizə tədbirlərinin səmərəliliyinin
artırılmasına şərait yaradacaq.
Azərbaycan.- 2018.- 20 dekabr.- S.5.